Müasir insanların immunitetində zəiflik antibiotiklərin nəzarətsiz istifadəsi ilə əlaqədar ola bilər.
EDNews.net "İzvestiya” nəşrinə istinadən bildirir ki, allerqoloq-immunoloq Marina Apletayeva belə hesab edir.
Həkim qeyd edir ki, son dövrlərinsanlarda orqanizmin immunbalansı pozulub. Xüsusənyeniyetmələr və gənclər tez-tez xəstələnməyə başlayıb, infeksion xəstəlikləri uzun müddət və ağır keçirirlər. Yeni viruslarmeydana gələndə isə bədən onların öhdəsindən gələ bilmir.
Mütəxəssis əmindir ki, immunsistemini zəiflədən əsas amil antibiotiklərin qəbuludur.
A.Apletayeva xatırladır ki, antibiotiklər virusları məhv etmir və bu vasitədən, sadəcə,virusla bağlı xəstəliyin ağırlaşması halında bakterial infeksiyaları müalicə etmək üçün istifadə olunur./oxu.az