Koronavirusla bağlı daha bir təhlükə | Eurasia Diary - ednews.net

29 May, Cümə


Koronavirusla bağlı daha bir təhlükə

Səhiyyə A- A A+

ABŞ-ın Kaliforniya universitetində koronavirusla bağlı araşdırma aparılıb.

EDNews.net  xəbər verir ki, araşdırmanın nəticələrinə görə məlum olub ki, koronavirus ağır zehni problemlər yaradır. Kaliforniya universitetinin alimləri müəyyən ediblər ki, COVİD-19-a yoluxan hamilə qadınların körpələrinin doğulduqdan sonra şizofren olma riski yüksəkdir. Alimlər bildiriblər ki, bunun qarşısını almaq üçün ana bətnində koronavirusa yoluxan körpələri müşahidə altına almaq və beyində yaranan xəstəlikləri incələmək vacibdir.

Rusiyalı alimlər isə düşünür ki, koronavirus zehni xəstəliklərə yol açsa da bu ömürlük qalmayacaq. Moskva fizika və texnologiya institunun alimi Stanislav Otstavnoy qeyd edib ki, ''Bəzən ağır və uzunmüddətli infeksiyalarda qarabasma, illuziya, sayıqlama və bu kimi hallarla rastlaşırıq. Ancaq xəstə sağalarkən bu problemlər də keçib gedir. Əgər infeksiya mərkəzi sinir sistemini zədələməyibsə''.(ölkə.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...