ÜST-dən növbəti AÇIQLAMA - Koronavirus həyatımızdan... | Eurasia Diary - ednews.net

28 May, Cümə axşamı


ÜST-dən növbəti AÇIQLAMA - Koronavirus həyatımızdan...

Səhiyyə A- A A+

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Təcili Yardım departamentinin rəhbəri Mayk Rayan koronavirusu nəzarətə götürməyin qeyr-mümkünlüyünü açıqlayıb.

EDNews.net  “HaberGlobal”-a istinadən məlumat verir ki, o, bu barədə təşkilatın videokonfrans şəklində keçirdiyi toplantısında deyib.

Mayk Rayan xəstəliyin nə zaman bitəcəyini heç kimin təxmin etmədiyini qeyd edib: “Bu, insanın ilk dəfə yoluxduğu yeni virusdur. Buna görə də, virusu nə zaman nəzarətə
 
alacağımızı təxmin etmək çox müşkül məsələdir. Bu virus həyatımızda həmişəlik qala bilər”.

ÜST-ün baş alimi Soumya Svaminathan isə koronavirusu nəzarətə götürmək üçün 4-5 il lazım olduğunu deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...