Vaksinin hansı əlavə təsirləri ola bilər? Ramin Bayramlıdan AÇIQLAMA

Sağlamlıq 10:49 19.01.2021

"Azərbaycana gətirilən koronavirus vaksinləri tam təhlükəsizdir. Bunu Türkiyədə keçirilən lobaratoriya sınaqlarının nəticəsinə əsasən demək olar".

TƏBİB-in rəhbəri Ramin Bayramlı ''Xəzər Xəbər''ə eksklüziv müsahibəsində bildirib ki, bütün vaksinlərdə olduğu kimi bu vaksinin də əlavə təsirləri ola bilər. Amma buna görə təşvişə düşməyə ehtiyyac yoxdur.

TƏBİB-in sədri koronavirusun mutasiyaya uğramış ştamının Azərbaycanda aşkarlanacağı təqdirdə əlavə tədbirlərin görüləcəyini bildirib.

Azərbaycanda istifadə edilən vaksindən artıq Türkiyədə bir milyondan çox həkimə vurulub və hər hansı əlavə təsir müşahidə edilməyib. TƏBİB-in rəhbəri Ramin Bayramlının sözlərinə görə, ölkəmizdə gətirilən hər bir partiya vaksin labaratoriya sınaqlarından sonra qəbul edilir.

TƏBİB sədri vaksinin əlavə təsirlərinin nələr ola biləcəyini də açıqlayıb.

Ramin Bayramlı sözlərinə görə, hər bir şəxs vaksindən sonra 30 dəqiqə müşahidə altında saxlanılır, üstəlik əks təsirlər barədə onlara verilən məlumat kitabçasından istifadə etməklə ərazi üzrə poliklinikalara müraciət edə bilər.

Bütün dünyanı yenidən təşvişə salan koronavirusun mutasiyaya məruz qalmış növünə hələ ölkəmizdə rast gəlinməsə də TƏBİB sədrinin sözlərinə görə, artıq sözügedən vaksin bu virus üzərində də təsirlidir.

Ramin Bayramlının sözlərinə görə, ölkəyə gələn bütün şəxslərin COVID-19 testindən keçməsi, mutant ştamların ölkəyə girişinin qarşısını əhəmiyyətli dərəcədə alsa da, belə bir hal aşkarlansa, əlavə tədbirlər görüləcək və bu barədə ictimaiyyət məlumatlandırılacaq.

Onun sözlərinə görə, hazırda digər vaksin istehsalçıları ilə də danışıqlar aparılır və ehtiyac olarsa, digər növ vaksinlərin də ölkəyə gətirilməsi mümkün olacaq. Bununla belə TƏBİB-in sədri vətəndaşları xüsusi ilə sosial şəbəkələrdə bu qurumun adından yayılan yalan məlumatlara inanmamağa çağırıb.

Ramin Bayramlı səhiyyə işçilərinin bu vaksinasiyanı tunelin ucunda görünən işığ kimi qiymətləndirdiyini bildirib və cəmiyyəti də bu çağırışlara cavab verməyə səsləyib.


Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Hamısı