Türkiyə "Turkovac"ı Azərbaycana göndərməyi planlaşdırır - ednews.net

17 Yanvar, Bazar ertəsi

Türkiyə "Turkovac"ı Azərbaycana göndərməyi planlaşdırır

Səhiyyə A- A A+

Elmi əməkdaşlıq platforması çərçivəsində "Turkovac"ın Azərbaycana da çatdırılmasını planlaşdırırıq.

EDNews.net xəbər verir ki, bunu Türkiyə Səhiyyə İnstitutlarının prezidenti Erhan Akdoğan deyib.

Onun sözlərinə görə, daxili tələbatı ödəyəcək qədər dozanı mütləq istehsal edəcəklər.

"Amma bununla yanaşı ehtiyacı olan ölkələrə verilməsi istiqamətində də fəaliyyətlərimiz davam edir. "TURKOVAC"ın kliniki sınaqları çərçivəsində bir neçə ay əvvəldən Azərbaycan, Pakistan, Qırğızıstan kimi ölkələrlə ortaq elmi tədqiqatlara dair fəaliyyətlər icra edirdik. Ötən həftələrdə Azərbaycanda "Turkovac" bağlı konkret hazırlıqlarımızı tamamlamışıq. Yaxın zamanda ora da yerli vaksinimizi çatdırmağı planlaşdırırıq".

Qeyd edək ki, dekabrın 22-də Türkiyədə koronavirusa qarşı yerli "TURKOVAC" vaksinin tətbiqinə icazə verilib və kütləvi istehsalına başlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...