Aparılan araşdırmalarda məlum olub ki, tərkibində gizli duz olan və suda həll olunan "parasetamol" ürək xəstəlikləri riskini artırır.
Ednews xəbər verir ki, dərmanı qəbul edən yüksək təzyiqli insanlarda infarkt, iflic və ya ürək çatışmazlığı xəstəlikləri ehtimalı 5.6% olub.
Duzsuz "parasetamol" qəbul edənlərdə isə bu göstəricinin 4.6% olduğu ortaya çıxıb.
Qeyd edək ki, son zamanlar mütəxəssislər duz tərkibli "parasetamol" qutularında bununla bağlı xəbərdarlığın qeyd edilməsini tələb edirlər.
Aysel Bədəlova