“Koronavirusa yoluxma və ölüm halları azalıb” - ÜST - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

“Koronavirusa yoluxma və ölüm halları azalıb” - ÜST

Səhiyyə A- A A+
“Dünyada bir həftə ərzində COVID-19-a yoluxma halları 9 %, ölüm halları isə 15 % azalıb”.
 
Ednews xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülletenində deyilir.
 
ÜST-ün məlumatına əsasən, avqustun 15-dən 21-dək koronavirusa yoluxma halları altı regionda da azalıb: “Ən çox azalma Afrika (25 %), Avropa (20 %) və Amerikada (18 %) qeydə alınıb”.
 
ÜST bəyan edib ki, bir həftə ərzində dünyada 5,3 milyondan çox yoluxma halı qeydə alınıb.
 
COVID-19-dan ölüm halları Afrika və Qərbi Sakit Okean istisna olmaqla, bütün regionlarda azalıb.
 
Ümumilikdə, bir həftə ərzində dünyada 14 min insan COVID-19 virusundan ölüb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...