Dünya 2 ildən artıqdır ki, koronavirusla mübarizə aparır. Hələ pandemiyadan tamamilə qurtula bilmədiyimiz zamanda "quş qripi" panikası gündəmi zəbt edib.
Ednews Hürriyət-ə istinadən xəbər verir ki, İngilis professor “Bizim təbii müdafiəmiz yoxdur” sözləri ilə xəbərdarlıq edib.
Bir çox vərdişlərimizi geridə qoymağımıza səbəb olan virus "qabığı"-nı dəyişməyə davam edir.
Şotlandiya və onun şərq sahilindəki adalarında ölü quşlar peyda olmağa başlayıb. "Cornwall Wildlife Trust" ictimaiyyəti xəstə və ya ölü dəniz quşlarından uzaq durmağa və toxunmamağa çağırıb.
Nəzrin Beydiyeva