Avropada bir neçə həftə ərzində koronavirusa yoluxma hallarının ümumi sayı 250 milyona çatacaq.
Ednews xəbər verir ki, bu barədə ÜST-ün Avropa Regional Bürosunun rəhbəri Hans Klüge açıqlama verib.
“Biz pandemiya ilə mübarizədə böyük nailiyyətlər əldə etdik. Lakin virus hələ də yayılmaqdadır, yenə də insanlar ona görə xəstəxanalara düşür, ölürlər. Təkcə son bir həftədə təxminən 3 min ölüm qeydə alınıb. Bu, dünyada qeydə alınan ümumi rəqəmin təxminən üçdə birini təşkil edir”, - deyə ÜST rəsmisi bildirib.
O, həmçinin ölkələri imkan dairəsində qrip peyvəndini COVID-19 peyvəndi ilə birlikdə tətbiq etməyə çağırıb.