Hər birimizin uşaqlığı yıxılaraq aldığımız göyərtilərlə keçib. Bu əlbəttə ki, normal haldır. Qeyri-normal hal isə bu göyərtilərin bədəndə heç bir zərbə almadan əmələ gəlməsidir.
Mütəxəssislər bunun bir neçə səbəbini açıqlayıblar:
1- Qan durulaşdırıcılar
İnsan həkim təyinatı olmadan antikoaqulyantlar qəbul etməyə başlayanda bu, ağırlaşmalara, o cümlədən göyərmələrə səbəb ola bilər.
Bəzi insanlar asetilsalisil turşusunu miokard infarktının qarşısını almaq üçün qəbul edirlər. Lakin buna ehtiyac yoxdur, çünki özünü istehlak edən asetilsalisil turşusunun orqanizm üçün yan təsirləri olduğu üçün qadağandır.
2- Qaraciyər xəstəlikləri
Qaraciyər problemlərinin əlamətlərindən biri, normal qan laxtalanması üçün lazım olan komponentlərin sintezində qüsur yaradan sintetik zülalın fəaliyyətinin pozulmasıdır. Nəticədə qanaxma nəticəsində dəri altında göyərmələr yaranır. Amma eyni zamanda, qaraciyər xəstəliyinin digər: dərinin saralması, dərinin qaşınması, şişkinlik, diqqət və yaddaş problemləri kimi bir çox fəsadlar üzə çıxır.
3- Şəkərli diabet
Qeyd etmək lazımdır ki, şəkərli diabet damar xəstəliyidir. Damarların kövrək və qırıq olması, həmçinin qidalanma balansızlıq göyərmənin yaranmasına da gətirib çıxarır. Bu kimi göyərmə və qançırlar göründükdə, bu məsələyə diqqət yetirməli və mütləq olaraq, həkimə müraciət edilməlidir.
4- Xərçəng xəstəlikləri
Son əlamət olaraq isə qan xəstəliyi- leykemiyanın əlamətidir.
Hematomanın sahəsi böyük olduqda, göyərmədən əlavə, xəstəlik uzunömürlü və ağrıverici xüsusiyyətlərə malik olur. Buna görə də, belə qançırlar görünəndə, ilk qan testi verilməli və ən qısa müddətdə həkimə müraciət edilməlidir.
Rəna Mürşüd