Dünya əhalisinin təxminən 3,5 milyard insanı diş çürüməsi, diş əti infeksiyası və ağız xərçəngi kimi ağız boşluğu xəstəliklərindən əziyyət çəkir.
Ednews, Ümumdünya Səhiyyə Təşkilatının rəsmi saytına istinadən xəbər verir ki, aparılan araşdırmalara görə, bu xəstəliklərdən əziyyət çəkənlərin əksəriyyəti yoxsul və aztəminatlı əhali qruplarına daxildir.
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesusun sözlərinə görə, “təəssüf ki, ağız və diş sağlamlığı uzun müddətdir qlobal səhiyyə sektoru tərəfindən diqqətdən kənarda qalıb, lakin münasib qiymətlə insanlar bir çox xəstəliklərinin qarşısını ala və effektiv prosedurlarla müalicə oluna bilərlər”.
Hər il təxminən 380 min yeni ağız xərçəngi diaqnozu qoyulur. Ağız xəstəliklərindən əziyyət çəkənlərin dörddə üçü aşağı və orta gəliri olan ölkələrdə yaşayır.
Risk faktoru olaraq isə yüksək dərəcədə şəkər qəbulu, tütün və alkoqol istifadəsi qeyd edilib.
Rəna Mürşüd