Rusiyalı alimləri xərçəngin müalicəsində yeniliyə imza atıblar.
Ednews xəbər verir ki, onlar xəstənin orqanizminin müalicəyə reaksiyasını izləmək üçün yeni sistem yaradıblar.
Hazırda bütün dünyada xərçəng hüceyrələrini öldürmək və sağalma şansını artırmaq üçün 43-45 dərəcə olan istilik terapiyası üsulları sınaqdan keçirilir. Mütəxəssislər qeyd edirlər ki, temperaturun artırılması və termal ablasiya üsulları (şişin 60°C və yuxarıya qədər qızdırılması) klinik praktikada hələ geniş yayılmayıb. Buna səbəb isə prosedurun gedişatını dəqiq izləmək üçün etibarlı texniki avadanlıqlar mövcud deyil.
Rusiya alimlərindən ibarət bir qrup xəstələrə hipertermiya və termal ablasiya üçün tamamilə təhlükəsiz olan unikal kompleks hazırlaya biliblər. Onların sözlərinə görə, yeni üsul elektromaqnit və elektrik sahələri, səs dalğaları və aktiv şüalarının xəstənin bədənindən keçməməsi ilə fərqlənir.
" Bu zaman elektrik cərəyanı qızdırıcıda dövr edir və qızdırılır. Beləliklə, istilik yalnız xəstənin bədəninin toxumalarına daxil olur”.
Tədqiqatçı-alimlər əlavə ediblər ki, bu innovativ kompleksin bütün dünyada bir ilkdir.
Artıq Tomsk Milli Tibbi Tədqiqat Mərkəzinin Xərçəng Elmi-Tədqiqat İnstitutunun həkimləri yeni üsuldan istifadə etməyə başlayıblar.
Qeyd edilib ki, 30-a yaxın xərçəngdən əziyyət çəkən xəstəyə termal ablasiya əməliyyatı aparılaraq müvəffəqiyyətlə nəticələnib.
Rəna Mürşüd