Səhiyyə Nazirliyindən uşaqlar arasında yayılan virusla bağlı valideynlərə ÇAĞIRIŞ - ednews.net

5 Fevral,

(+994 50) 229-39-11

Səhiyyə Nazirliyindən uşaqlar arasında yayılan virusla bağlı valideynlərə ÇAĞIRIŞ

Səhiyyə A- A A+

“Virusun kəskin dövrü var və bu, ilk 5-6 gün davam edir”.

Ednews xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib.

O bildirib ki, bu müddət bitəndən sonra insanda baş, göz, qulaq ağrısı varsa, bu bakterial ağrı sayılır: “Bu zaman həkimə mücariət etmək və müalicə almaq lazımdır”.

Ə.Quliyev vurğulayıb ki, uşaqlarda temperaturun 5 gündən çox davam etməsi təhlükəlidir.

O deyib ki, uşaqlarda 4-5-gündən artıq temperatur salan dərman istifadəsinə baxmayaraq, temperatur düşmürsə, müayinədən keçirmək, qan və sidik analizi vermək lazımdır:

“Ondan sonra nəticələr dəyərləndirməlidir. Yəni temperaturun 5-gündən çox düşməməsi təhlükəlidir”.

Ə.Quliyev son zamanlar uşaqlar arasında geniş yayılmış dodaqların quruyub-çatlaması halına da aydınlıq gətirib. Pediatr söyləyib ki, bu, kəskin hava dəyişikliyi ilə əlaqədardır.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti bildirib ki, həmçinin uşaqların dil ilə dodaqlarının quruması yüksək temperatur zamanı ola bilər:

“Bu zaman valideynlər uşaqların dodaqlarına rəngsiz nəmləndirici dodaq boyası çəksinlər”.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...