ÜST-dən HƏYƏCAN TƏBİLİ: Meymunçiçəyinə yoluxma 85 mini ötdü - ednews.net

30 Mart, Cümə axşamı

(+994 50) 229-39-11

ÜST-dən HƏYƏCAN TƏBİLİ: Meymunçiçəyinə yoluxma 85 mini ötdü

Səhiyyə A- A A+

2022-ci ilin əvvəlindən dünyada meymunçiçəyi xəstəliyinə yoluxanların sayı 85,4 mini keçib. 

Ednews xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. 

“2022-ci il yanvarın 1-dən 2023-cü il yanvarın 30-dək ÜST-na 110 ölkədən 85 449 yoluxma halı və 89 ölüm faktı barədə məlumat daxil olub”, -deyə məlumatda qeyd edilib.
Məlumata görə, 13 ölkə ÜST-na son bir həftə ərzində yoluxma hallarının artması barədə məlumat verib. Ən ciddi artım isə Meksikada qeydə alınıb.

Bildirilib ki, virusa yoluxanların böyük əksəriyyəti (96,6%) 29-41 yaş arası kişilərdir.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...