Hərbi həkimlərimiz Türkiyədə 10 cərrahi əməliyyat edib - FOTOLAR - ednews.net

20 Mart, Bazar ertəsi

(+994 50) 229-39-11

Hərbi həkimlərimiz Türkiyədə 10 cərrahi əməliyyat edib - FOTOLAR

Səhiyyə A- A A+
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətini davam etdirir.
 
Ednews xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 
 
Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən hərbi həkimlərimiz qardaş ölkədə ümumilikdə 10 cərrahi əməliyyat icra ediblər. 
 
Bundan başqa, tibb personalımız baş vermiş zəlzələdən zərərçəkən 98 nəfəri müayinə edərək onlara ambulator yardım göstəriblər.
 
Son məlumatlara görə, zəlzələ nəticəsində 14351 nəfər həyatını itirib, 63794 nəfər yaralanıb. Ümumulikdə 6444 bina dağılıb.
1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...