“Elə infeksion xəstəliklər var ki, hazırda aktual deyil. Lakin vərəm xəstəliyi hələ də aktualdır”.
Ednews xəbər verir ki, bunu TƏBİB-in İlkin tibbi sanitariya yardımın təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov deyib.
O, bildirib ki, bəzi infeksion xəstəliklər var ki, pandemiya halında bir çox insanların təlafına səbəb olur.
“Elə infeksion xəstəliklər var ki, hazırda aktual deyil. Ölkələrin bu qədər pul xərcləməyinə baxmayaraq, vərəm bu gündə birinci sırada duran infeksion xəstəlikdir. Son 10 ildə vərəmdən ölüm halları 1,4 milyonu aşmayıb. Lakin 2021-ci ildə 1.6 milyonu keçdi. Vərəm xəstəliyi daim hərəkətdə olan və aktiv xəstəlikdir. Hansı ölkədə varsa, qonşu ölkələrədə miqrasiya etmək gücünə malikdir. Vərəm qlobal səhiyyə problemidir”.
Aysel Şahmar