Sağlam həyat tərzi uşaqlıqdan başlamalıdır - Həkimdən açıqlama - ednews.net

8 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

Sağlam həyat tərzi uşaqlıqdan başlamalıdır - Həkimdən açıqlama

Səhiyyə A- A A+

"Sanki ailə həkimi ailənin digər üzvüdür. Hamiləlikdən o bizim yanımızda olur”.

Ednews xəbər verir ki, bunu həkim-terapevt Şəfa Yusubova deyib.

Onun sözlərinə görə, əhalinin sağlamlığını qorunmasında ilkin səhiyyə xidmətinin rolu böyükdür.

“İlkin səhiyyə xidməti dedikdə vətəndaşın müraciət etdiyi ilk tibbi xidmətlər nəzərdə tutulur. Vətəndaş müraciət edərkən ilk ailə həkimləri tərəfindən yardım göstərilir. Çünki ailə həkimlərində vətəndaşların tibb kitabçaları olur. Diaqnoz qoymaq rahat və tez olur. Ailə həkiminə müraciət edən hər hansısa vətəndaş ilk həkim tərəfindən yoxlanılır. Əgər tibb müəssisənin daxilində lazımi avadanlıqlar varsa, həmin vasitələrdən istifadə olunur. Lakin olmadıqda ailə həkiminin o səlahiyyəti var ki, istənilən dövlət müəssəsinə göndəriş versin”.

Həkim qeyd edib ki, sağlamlıq insan doğuşdan verilən bir mövhumdur. Lakin onu qoruyub saxlamaq lazımdır. Sağlam həyat tərzi keçirmək üçün qidalanmaya, yuxu rejiminə, psixoloji vəziyyətə və fiziki aktivliyə riayət edilməlidir. Sağlam həyat tərzi üçün uşaqlıqdan başlamaq lazımdır. Burda da ailə həkiminin böyük rolu var. Sanki ailə həkimi ailənin digər üzvüdür. Hamiləlikdən o bizim yanımızda olur. Uşağın yeniyətməlik dövründə isə ailə həkiminin rolu böyükdür”.

Aysel Şahmar



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...