“20-35 yaş aralığı sağlam olan ananın körpəsi daha sağlam olur”.
Ednews xəbər verir ki, bunu pediatr Azər Əhmədov deyib.
Onun sözlərinə görə, sağlam uşaq sağlam gələcək deməkdir.
“Bir ailənin sağlam övlad dünyaya gətirməsi üçün özünü buna hazır hiss etməlidir. Həm psixoloji, həm də sağlamlıq baxımından hazır olmalıdır. Biz pediatrlar üçün ananın qan qrupu, əvvəlcədən olan xəstəliyi, hamiləlik dövründə keçirdiyi xəstəliklər önəmlidir. Sağlam övlad üçün ananın məlumatlı olması lazımdır. 20 yaşdan öncə və 35 yaşdan sonra qadınların ana olması arzuolunan deyil. Bu yaş aralıqda olan bir qadının ana olması daha produktivdir. 20-35 yaş aralığı sağlam olan ananın körpəsi daha sağlam olur”.
Aysel Şahmar