Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü və qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə Azərbaycanda keçirilən maarifləndirici kampaniya ilə bağlı Səhiyyə Nazirliyi İctimai Sahiyyə və İslahatlar Mərkəzində mətbuat konfransı keçirilib.
Ednews xəbər verir ki, İSİM-in direktoru Qəhrəman Haqverdiyev giriş sözü ilə çıxış edərək bildirib ki, qeyri-infeksion xəstəliklərlə mübarizə müasir dövrdə həm dünya miqyasında, həm də ayrı-ayrı ölkələr səviyyəsində səhiyyə sistemlərinin prioritet vəzifələrində əsas yer tutur:
"Qeyri-infeksion xəstəlikləri yaradan əsas səbəblər zərərli vərdişlər - tütün, spirtli içkilər, qeyri-sağlam qidalanma və fiziki passivlikdir. Odur ki, səhiyyə işçiləri, ictimai səhiyyə mütəxəssisləri tərəfindən əhali arasında daim təşviqat aparılır, insanlara zararli vərdişlardan uzaq olmaq, öz sağlamlıqlarına məsuliyyətlə yanaşmaq təbliğ olunur".
İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov vurğulayıb ki, qeyri-infeksion xəstəliklər müasir dövrün, cəmiyyətin problemidir: "Bu xəstəliklərə qarşı mübarizədə səhiyyə sisteminin tədbirləri və tibbi xidmətlərin gücləndirilməsi ilə yanaşı, eyni zamanda əhalinin maarifləndirilməsi həyata keçirilməlidir. Bu kampaniyanın da asas məqsədi insanlara tövsiyə etməkdir ki, hayat tərzlərini dəyişsinlar, qan təzyiqinə, qanda şəkərin səviyyəsinə nəzarət etsinlər".
Aysel Şahmar