“Qan təzyiqinə əhali tərəfindən lazımi diqqət ayrılmır”.
Ednews xəbər verir ki, bunu "Servye Azərbaycan" şirkətinin direktoru Rişad Təhməzov deyib.
O bildirib ki, arterial hipertenziyanın bütün dünyada olduğu kimi, Azərbaycanda da geniş yayılıb.
"Baxmayaraq ki, yüksək qan təzyiqi ölüm riskləri arasında ən birincidir, bu problemə hələ də əhali tərəfindən lazımi diqqət yetirilmir. Məhz bu məqsədlə Beynəlxalq Hipertenziya Cəmiyyəti tərəfindən təşəbbüs irəli sürülüb və "Çünki belə lazımdır" şüarı ilə dünya ölkələrində təbliğat kampaniyasına başlanılıb".
Aysel Şahmar