"Uşaqlarda allergiyanın əlamətləri burunda qıcıqlanma, sulanma, bədəndə qızartılar şəklində əlamətlərlə özünü büruzə verir".
Ednews xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun allerqoloqu Çinarə Novruzova deyib. Həkimin sözlərinə görə, allergik reaksiyalar mart ayında başlayır və yazda bitkilərin çiçəklənmə dövrü müddətində müəyyən əlamətlərlə müşahidə edilir.
“Bu dövrdə bronxial astmadan əziyyət çəkənlərin xəstəliyində kəskinləşmə müşahidə edilə bilər”, - deyə həkim qeyd edib.
O eyni zamanda qeyd edib ki, allergik xəstəliklərin müalicəsində antibiotiklərin əhəmiyyəti yoxdur:
"Müalicə zamanı antibiotiklərin də istifadəsinə müraciət edilə bilər, lakin bu xəstəliklərin müalicəsində antibiotiklərin ciddi əhəmiyyəti olduğunu deyə bilmərik".
Aysel Şahmar