“Təzyiqim çoxdur deyib, yaxınlarının təzyiq dərmanlarını içmək doğru deyil”.
Ednews xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, kardioloq Fərid Əliyev bildirib. O, qeyd edib ki, təzyiq xəstələri dərman müalicəsini davamlı almalıdır.
“Dərmanın dozasını azaldıb, çoxaltmaq düzgün deyil. Əksər dərmanların təsir müddəti 24 saat olduğundan onlar bir gündə dərman içirlər. Daha sonra səhəri gün içmirlər. Bədənimizdə bir çox mexanizmlər var. Cavan bir insanda qan təzyiqinin nə qədər aşağıdırsa ömrü o qədər uzundur. Vətəndaşlar özlərini “yüksək təzyiqliyəm” sözünü unutmalıdırlar. Bunu deyib, yaxınlarının təzyiq dərmanını içməsinlər”.
Aysel Şahmar