“Regionlarda ürək-damar xəstəliklərinə operativ müdaxilə üçün yeni şöbələrin yaradılmasına başlanılıb”.
Ednews xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
O bildirib ki, artıq Lənkəranda bu şöbə açılıb:
"İlin sonuna qədər digər bölgələrdəki xəstəxanalarda da müvafiq şöbələrin yaradılması nəzərdə tutulur".