Kolumbiya hökuməti sarı qızdırma xəstəliyinin yayılması ilə əlaqədar səhiyyə sahəsində fövqəladə vəziyyət rejimi elan edib.
“EDnews” xəbər verir ki , bunu səhiyyə naziri Gilyermo Alfonso “Senal Colombia” telekanalının efirində bildirib.
"Hökumət ölkədə səhiyyə sahəsində fövqəladə vəziyyət elan edir", - nazir bildirib.
O qeyd edib ki, Kolumbiyada 74 yoluxma halı qeydə alınıb, onlardan 34-ü ölümlə nəticələnib.
Fatimə Mərdanlı // EDnews