Kölndə İkinci Dünya Müharibəsindən qalma üç partlamamış bomba aşkar edildikdən sonra 20 min insan təxliyə edilir.
“EDnews” xəbər verir ki, məqalədə deyilir:
Köln şəhərinin bütün ərazisi məhdudiyyət zonasına daxildir. Bundan əlavə, 58 otel və digər yaşayış məntəqələri boşaldılmalıdır. Reyn üzərindəki üç körpü də bağlanacaq”.
Deutz bölgəsində yerüstü tədqiqatlar zamanı üç Amerika bombasının tapıldığı bildirilir. Şəhər rəhbərliyi qeyd edib ki, iyunun 4-də səhər saatlarında başlayacaq elan edilmiş təxliyə 1945-ci ildən bəri ən böyük təxliyədir.