Ötən il Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə qoyulub.
“EDnews” xəbər verir ki, ərazini ziyarət edən azərbaycanlı həyatını itirənlərin xatirəsini anmaq məqsədilə abidənin önünə gül dəstəsi qoyub.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.