“Biz yerazıq, yerlibazıq” mahnısı fikir ayrılığı yaratdı QALMAQAL

Maraqlı 13:56 03.11.2017
Bir neçə gündür ki, “Biz yerazıq, yerlibazıq” mahnısı sosial şəbəkələrdə müzakirə olunur. Sözləri Firdovsi Rəsula, musiqisi Tural Hüseynova  aid olan bəstəni müğənni Zarina Tağıyeva ifa edib. O, saytımıza açıqlamasında   əslində buzovnalı olduğunu , “yeraz” dostlarının xahişi ilə sözügedən mahnını ifa etdiyini deyib. Mahnı qərbi azərbaycanlılar tərəfindən xüsusi maraqla qarşılanıb, onlar bəstəni sosial şəbəkədə paylaşaraq xoş sözlər yazıblar.
 
Lakin bəstə haqqında tənqidi fikirlər səsləndirənlər də olub. Onlar bu cür mahnıların Azərbaycanı parçalamaq və regionlara bölmək kimi qiymətləndiriblər.
 
Musavat.com mahnının qısa zamanda populyarlaşmasını nəzərə alaraq tanınmış qərbi azərbaycanlılar arasında sorğu keçirib.
 
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı yerlibazlıqla bağlı mahnıları tənqid edib: “Mahnı son günlər qarşıma çıxıb. Bu millətin, bu xalqın ən böyük bəlası, fəlakəti regionçuluq mərəzinin, belə ucuz regionçuluq nəğmələrinin, təranələrinin yayılmasıdır. O qədər ucuz, bayağı, səviyyəsiz, mənasız bir hadisədir ki... Söz tapa bilmirəm. Mahnını heç bəyənmirəm, xoşuma da gəlmir. Bu cür bəstələrin yazılmasını səviyyəsiz və lazımsız bilirəm. Onun oxunması ayıbdır. Belə musiqilərlə insanların regional duyğularına xitab edirlər. Bu isə ayıb bir şeydir”.
 
Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin sədri Rizvan Talıbov isə bildirib ki, mahnıya bəzi adamların neqativ münasibətləri onda təəccüb doğurur: “Sanki, Qərbi azərbaycalılar haqqında müsbət bir fikir söyləyəndə, bəziləri qıcıq olurlar. Hamı bilir ki, Qərbi azərbaycanlılar toplumsal, aktiv bir camaatdır. Xeyirdə, şərdə biri-birinə dayaq olurlar, kütləvi şəkildə biri-birinin xeyirində, şərində iştirak etməyi özlərinə borc bilirlər. O müğənni xanımda bütün bunları görüb, müşahidə edib, başqa bir ifadə forması tapa bilmədiyindən, bunu yerlibaz sözü ilə ifadə edib. Burada qeyri-adi nə var ki? Dünyada yerlibaz olmayan adam varmı? Adi bir misal, siz, hər gün küçədə, yüzlərlə insanla qarşı-qarşıya gəlirsiniz və yanlarından sakit bir şəkildə, sanki, onları görmürmüşsünüz kimi keçib gedirsiniz. Lakin bir yerlinizə rast gəldinizmi, sevinirsiniz, hal-əhval tutursunuz, yeməyə, çaya dəvət edirsiniz və s. Bu, hamıda belədir. Bu müğənni xanım da, əslində, heç Qərbi Azərbaycandan olmasa da, o bölgənin şəninə bacardığı şəkildə bir mahnı ifa edib. O mahnıda yerlibaz sözünü bəhanə tutub, mahnını topa tutmaq hansı təfəkkürün göstəricisi sayıla bilər?
 
Qeyd edim ki, mahnıda, özünüz də qulaq asmısınız, Qərbi azərbaycanlılar haqqında çox müsbət fikirlər var. Onları bir kənara qoyub, yerlibaz sözündən yapışmaq, aşığın sözü qurtaranda “balam eyyyy” deyiminə bənzəyir. Mənə elə gəlir ki, bu cür adamlar, ümumiyyətlə, Azərbaycan adlanan məmləkətimizin sərhədlərinin haradan başlayıb, harada qurtarmasından bixəbər olanlardır. Ona görə də Qərbi azərbaycanlılara bu qədər yad, neqativ münasibət sərgiləyirlər. Millət içində əsl bölücülük aparanlarda onlardır. O xanım müğənni yox”.
 
Tənqidlərə münasibət bildirən mahnının sözlərinin müəllifi Firdovsi Rəsul saytımıza açıqlamasında deyib ki, bəstə ilə bağlı təklif ifaçıdan gəlib: “Özüm “yeraz” deyiləm. Müğənni Zarina Tağıyeva mahnı və mövzu ilə əlaqədar mənə müraciət etdi. Mən də təklifini qəbul etdim. Mən bu janrda şeir yazmıram. Tanıyanlar bilir ki, daha çox sevgi və həyati mövzulara toxunuram. Sadəcə Zarina xanımın istəyini yerə salmadım. Mahnının sözlərindəki gedişat Zarinanın öz istəyi ilə olub. Mən də Qərbi Azərbaycanın tarixini və mədəniyyətini qısaca işıqlandırmağa çalışmışam”.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Süveyş körfəzində qazma qurğusu batıb
10:06 02.07.2025
"Cəmiyyətdə müsabət dəyişikliyə nail olmaq istəyiriksə,qadınları təhsilə cəlb etməliyik"
09:59 02.07.2025
"Google" külli miqdarda təzminat ödəyəcək
09:54 02.07.2025
"Qadınlarla bağlı planların həyata keçirməsində əsas problem maliyyədir"
09:44 02.07.2025
Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır
09:39 02.07.2025
ECO qadınların texnologiya sahəsində inkişafı ilə bağlı planlar hazırlayıb
09:27 02.07.2025
İsrailin zərbələri nəticəsində 100-dən çox fələstinli həlak olub
09:24 02.07.2025
"Qadının iqtisadi müstəqilliyi olmadan sosial və ictimai müstəqilliyi mümkün deyil"
09:17 02.07.2025
Klublarası dünya çempionatı: "Borussiya" "Real Madrid"lə görüşəcək
09:09 02.07.2025
PKK-nın tərksilah prosesi 10 gün ərzində baş tutacaq
08:54 02.07.2025
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir
08:38 02.07.2025
Öldürülən qardaşlara işgəncə faktları təsdiqləndi
08:17 02.07.2025
"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
Hamısı