ABŞ-dan olan tərtibatçılar Ayfon-X üçün qaşlarla idarə olunan “Reinbov” (Rainbow) oyununu işə salıblar.
Oyunu ancaq Ayfon-X sahibləri yükləyə biləcəklər. Çünki bu oyun Əpl (Apple) smartfonlarının ancaq bu modelində quraşdırılmış “Trudept” (TrueDepth) kamerasından istifadə edəcək.
İstifadəçi üçün oyunun məqsədi qaşların hərəkəti ilə displeydə olan smaylı idarə edərək maneələrdən qaçmaq və bacardıqları qədər çox xal toplamaqdır. Oyun prosesi qeydə alınan videoyazı Yutub kanalında tərtibatçılar tərəfindən dərc edilib.
Hazırda “Reinbov” oyununda hələlik bir səviyyəni oynamaq mümkündür. Tərtibatçılar növbəti yenilənmələrdə onların sayını artıracaqlarına söz veriblər. Həmçinin oyunda digər personajları və rekordlar cədvəlini əlavə etmək imkanı da olacaq.