İngiltərə kraliçası 2-ci Yelizavetanın həyat yoldaşı şahzadə Filippə yazdığı sevgi məktubu 14 min 400 funt-sterlinqə (təxminən 21 min dollar) satılıb.
Kraliçanın evlənməmişdən qabaq yazdığı iki səhifədən ibarət sevgi məktubu Wiltshire şəhərindəki Chippenham Salonunda hərraca çıxarılıb.
Hərracda adı açıqlanmayan xüsusi bir kolleksiyaçı məktub üçün 21 min dollar ödəyib.