İzmirə köçən İbrahim Tatlısəs İstanbuldan niyə küsüb?

Maraqlı 02:59 15.02.2018
"Bir nəfər qarşımı kəsdi və üzümə dedi ki, sənin içini çıxarıblar, ancaq hələ də danışırsan" 
 
Türkiyənin sevilən sənətçisi İbrahim Tatlısəs sükutu pozub. Uzun müddətdir ki, mətbuat nümayəndələrinə heç bir açıqlama verməyən ifaçı, Türkiyənin "Posta" qəzetinə 2011-ci ildə aldığı silah yarasından sonrakı həyatı ilə bağlı danışıb. İfaçı sənət dostlarından küskün olduğunu, həmkarlarının pis gündə yanında olmadıqlarını deyib. 
 
- İbrahim bəy, ani bir qərarla İzmirə yerləşdiniz. Bunun səbəbi nə idi?
- Latif Doğanın belə bir mahnısı var "Küsdüm". Mən də onun kimi İstanbuldan küsdüm.
 
- Bu küskünlüyünüzün səbəbi nədir?
- Əslində  hər şeyə və hər kəsə küsdüm. İndi kiminsə adını çəkmək mənə yaraşmaz. Bu günə qədər dəyər verdiyim insanlar, sən demə, verdiyim dəyərə layiq deyillərmiş. Həyat mənə bunu öyrətdi. Bu həyatda hər kəsin xətası, peşmançılığını çəkdiyi hansısa əməli və bir "kaş ki"si var. Mənim də belə xətalarım oldu. Çox insanlardan gördüyüm vəfasızlığı, dar günlərində yanında olduqlarımın, pis günümdə yanımda olmadıqlarını qəbul edə bilmirəm. Bir mahnıda deyilir ki, yaxşı günün dostları dar gündə yoxdur. İndi o vəziyyətdəyəm. Çox şükür Rəbbimə, heç kimə möhtac deyiləm. Bunları maddiyat baxımından demirəm. Həyatımda heç zaman mənə əskiklik gətirən bir əməl tutmadım. Bacardığım qədər çevrəmdəki insanların yaxşı və pis günlərində yanlarında oldum. Onların yanında ata, qardaş, bir dost, sirdaş kimi  dayandım, arxa oldum. 
 
- Anladığımız qədəri ilə ortada bir vəfasızlıq var.
- Məşhurluğumuzun zirvəsində olarkən, hər kəs yanımda idi. Amma o zaman ətrafımda fırlananların, dövrə vuranların  çoxu indi fırıldaqçı olublar. Heç biri ortalıqda yoxdurlar. Bu mənə çox təsir edir. 7 ildir gündəmdə, zirvədə yoxam deyə, məni axtarmırlar? İnsanları başa düşə bilmirəm. 
 
- Siz özünüzü gündəmdən düşmüş hesab edirsiniz?
- Xeyr,  hələ düşməmişəm. Dimdik ayaqdayam. Heç kim unutmasın, mən hələ də zirvədəyəm. Sadəcə, insanların ikiüzlü olmasına, öz mənfəətlərini güdməsinə küskünəm. Etdiyim yaxşılıqların hamısı uçub gedib. Bir məsəl var, deyir ki, yaxşılıq et, balığı at dəryaya, balıq bilməsə də, xaliq bilər. Ancaq mənim yaxşılığımı nə balıq bildi, nə də xalq.
 
- Bu gileyiniz şou-biznes nümayəndələrinədir?
- Gileyim sənət camiəsinə də, iş adamlarına da, dost dediyim qardaşlarıma da aiddir. Mən bu vəziyyətdə ikən qəlbimi xoş tutmaları lazım idi. Çünki mənim bir tərəfim əskikdi. Türklərin bir sözü var - dörd-dördlük. İndi üç dördlüyəm. Yəni ritmim əskikdi. Müsiqi də elədir. İstifadə etdiyim dərmanlar mənə çox təsir edir. Hiss edirəm ki, artıq unutqan olmuşam. Bu halda ikən,  dostlarım məni olduğum kimi qəbul etməli idilər.  Hərəkətlərim onlara normal gəlməli idi.
 
- Bir səsiniz var ki, dünyada onun bənzəri yoxdur. O dəhşətli qəzada səsinizi də itirdiniz?
- Xeyr, səsim sadəcə olaraq bir müddətliyinə gedib. O səs geri gələcək. Səsimdə bir şey yoxdur. İndi bir neçə işim var. Onları həll etdikdən sonra yenə də mahnılarımı ifa edəcəyəm. Mən yenə də eyni İbrahim Tatlısəsəm. Qoy sevənlərim kədərlənməsin. Kimsə buna sevinməsin. Mən yenə o səhnəyə ya çıxacam, ya da çıxacam. Başqa yolu yoxdur. 
 
- O hadisədən sonra "Bundan sonra İbrahim Tatlısəs mahnı oxuya bilməyəcək, iflic qalacaq, hətta yaşayıb-yaşamayacağı bəlli deyil" kimi fikirlər səsləndirdilər. Burdan onlara nə demək istəyirsiniz?
- Bunu deyənlər şərəfsizlik etdi desək, daha doğru olar. Bir şeyi bilmirsinizsə, niyə öz uydurmalarınıza görə fikirlər səsləndirirsiniz? Siz haradan bilirsiniz ki, İbrahim Tatlısəs öləcək? Mən bunları sonradan eşitdim və çox əsəbiləşdim. Bir nəfər qarşımı kəsdi və üzümə dedi ki, sənin içini çıxarıblar, ancaq hələ də danışırsan. Məndən onun adını soruşmayın, ad çəkməyəcəyəm. 7 ildir ortada yoxam. Hanı o ulduz? Mənə o sözü deyən insan indi hardadır?  Milyon qazanan albom, diskmi çıxartdı, nə etdi? "İbrahim Tatlısəsin yerini doldurarıq" deyən insanlar hardadırlar? Bu mənə çox maraqlıdır. Niyə səsləri çıxmır?
 
- Hazırda sağlıq vəziyyətiniz necədir? Ruhən və fiziki olaraq özünüzü necə hiss edirsiniz?
- Özümü çox yaxşı hiss edirəm. Yeyirəm, içirəm, öz işimi özüm görürəm. Dostlarımla oturub-durur, nərd oynayıram. Daha nə olsun? 
 
- Fiziki olaraq özünüzü necə hiss edirsiniz?
- Yaxşıyam. Ancaq daha gözəl günlər yaxındadır. Bəzən məni görənlər soruşurlar ki, sol tərəfinizi hiss edirsinizmi? Niyə hiss etməyim ki? Ən çox bu sual məni kədərləndirir. Özümü çox yaxşı hiss edirəm. Mənə sınmış insana göstərilən münasibəti göstərməyin. Bu, Allahın mənə verdiyi bir cəzadır. İnşallah, bir gün bu cəzanı geri alacaq. Bunun bir gün çarəsi olacaq, gözləyin, səbr edin. Mən səbr edirəm. Mənim üçün darıxanlara bir daha geri dönmək istəyirəm. 
 
- Səhnələr üçünmü, yoxsa aparıcısı olduğunuz "İbo Şou" üçünmü darıxırsınız?
- Hər ikisi üçün çox darıxıram. O günlərə yenə dönəcəm. "İbo Şou"ya çıxacağam. Sənətçilər gəlib mənimlə söhbət edəcək. Onlar danışacaq, mənsə mahnı oxuyacam. Əslində, "İbo Şou"nu davam etdirmək istəyirəm. İnsanlar deyir ki, siz bizim qarşımızda oturun, bu, bizə kifayət edir. Hətta kölgəmin onlara kifayət etdiyini deyənlər də var.
 
- İbrahim bəy, hələ də varlısınızmı?
- Allah əskik etməsin. Heç bir maddi sıxıntım yoxdur. Seyrantəpədə bir evim var, satsam 35-40 milyon dollar edər. Otelimiz, evlərimiz var, daha nə olsun? Ən önəmlisi də anam, qardaşım, uşaqlarım, nəvələrim var. Onların hamısı da yanımdadır.
 
- Kiçik qızınız Elifin yeri sanki sizin üçün bir başqadır? 
- Övladlarımın içində ən balacası Elif olduğu üçün onunla daha çox maraqlanıram. Mən balaca övladlara çox dəyər verirəm. İdo da mənim üçün əzizdir. Elif mövzusunda isə özümü bir qədər şanslı hesab edirəm. Anası Ayşegül xanım çox fədakardır. O da, mən də uşağımın atasızlıq hissinə qapılmamağı üçün hər şeyi edirik. Elifin psixologiyasına nəzər yetirəndə görürəm ki, başqa uşaqların atasına baxır və çox kədərlənir. İstəmirəm ki, o da elə böyüsün. Məhz ona görə Ayşegül xanımla yenidən evlənmək istəyirəm. 
 
- Müsahibələrinizin birində Ayşegül xanıma aşiq olmadığınızı, ancaq onunla yenidən evlənmək istədiyinizi eşidəndə çox təəccüblənmişdik. 
- Bəli, yenidən evlənmək istəyirəm. Ona heç  bir pislik etməmişəm. Evlilik təklifimi yenidən qəbul edərsə, evlənərəm, etməzsə də, canı sağ olsun
 
- Ən azından kaş ki, "aşiq deyiləm" deməzdiniz. 
- Mən elə deməmişəm. Sualı verən müxbir ona aşiqimsiniz dedi, mən də elə bildim ki, "hazırda kiməsə aşiqsinizmi?" deyə sual verir. Ayşegülə aşiqsinizmi demədi ki. Sonra başladılar  "aşiq olmadığınız biri ilə niyə evlənirsiniz" kimi suallar verməyə. Mən Ayşegül xanımın qəlbinə dəyə bilmərəm. Yoxsa mən dəliyəmmi, niyə deyim ki, ona aşiq deyiləm. Onunla 19 il birlikdə yaşamışıq. Bu qədər müddətdə insan insanı sevməzmi, aşiq olmazmı?  Ya da sevmədiyi insandan niyə övlad dünyaya gətirməyə razı olsun ki? Təbii ki, onu çox sevirəm.  
 
- Onunla evlənməyi həqiqətən  düşünürsünüz? 
- Elif üçün nə lazımdırsa, onu edərəm. Keçmiş həyat yoldaşım Dərya Tuna deyib ki, İbrahim bəy  Elif üçün hər şey edər. O da bilir ki, mən səhv addım atmaram və uşaqlarım üçün hər şeyi edərəm. Elif nə üçün atasız böyüsün ki? Ayşegl xanım başqa biri ilə ailə qursa, Elif ona necə ata deyəcək. Mənim qızım başqasına niyə ata deməlidir?
 
- Belə bir şeyə razılıq verərsinizmi?
- Hər kəs seçimlərində azaddır. Amma zənn etmirəm ki, Ayşegül xanım başqa birini gətirib uşağına ata dedirtsin. O, elə bir insan deyil.
 
- Dərya xanımdan sonra həyatınızda ən uzun müddət qalan  həyat yoldaşı  Ayşegül xanımdır, elə deyilmi? 
- Həyatımda ən uzunmüddətli qalan xanımlar Dərya və Ayşegüldür. Dərya xanımla 25 il evli qaldıq, o, hələ də mənim həyatımdadır. Belə ki, mənə köynək, ayaqqabı alır. Mənə yaxın biridir. Çünki bizim övladımız var.  
 
- Hazırda həyatınızda kimsə varmı? 
- Həyatımda heç kim yoxdur.
 
- Haqqınızda "İbrahim Tatlıses çox eşqbazdır" deyirlər.
- Mən gənclik illərimdə də eşqbaz idim, indi də. Hələ də bunu qəbul edirəm, danmıram.
 
- Həqiqətən də sözünüz də əməliniz kimi eynidir. 
- Məhz buna görə hər zaman itirən tərəf mən olmuşam. 
 
- Məncə, xeyli insanı işlə təmin edib, çörək veribsiniz deyə, Allah sizə rəhm edib. 
- Bu saatdan sonra İbrahim Tatlıses hansı qapını döysə, qarnı doyar, qalmağa yer tapar, əlini kimə uzatsa, ona uzanan bir əl görər. Artıq bu gündən etibarən özümü düşünmürəm.
Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?

Xəbər xətti

Boşanma uşaqları ölümə aparır
08:12 30.06.2025
" Tramp ABŞ-ni borc köləliyinə aparır"
07:49 30.06.2025
II Ramzes nədən ölüb? -Fironun sirrləri açıldı
07:36 30.06.2025
Türkiyədə mərasim zamanı 52 nəfər qidadan zəhərlənib
07:13 30.06.2025
"Uranın zənginləşdirilməsini dayandırmayacağıq"
06:45 30.06.2025
"Nissan" maliyyə ilini zərərlə başa vurub
06:39 30.06.2025
Qlobal maliyyə böhranı gözlənilir mi?
06:21 30.06.2025
Mikroorqanizmlər üçün "Nuhun gəmisi" yaradıldı
05:34 30.06.2025
Somali xüsusi təyinatlıları antiterror əməliyyatı keçirib
05:19 30.06.2025
İtaliyada güləş üzrə Avropa çempionu olan Azərbaycan millisi Vətənə qayıdıb
05:03 30.06.2025
Çoban iti sakinlərə hücum etdi
04:41 30.06.2025
ABŞ-da silahlı qarşıdurma nəticəsində iki yanğınsöndürən həlak olub
04:30 30.06.2025
Denisovanların üzü ortaya çıxdı
04:08 30.06.2025
"Son 4 ildə 3-cü dəfə Avropa çempionu olduq"
03:51 30.06.2025
Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?
03:46 30.06.2025
"Z" nəslinə etiket dərsi keçiləcək
03:25 30.06.2025
Serbiyadakı etirazlar bütün ölkəni bürüyür -Paytaxtda nəqliyyat iflic olub
02:55 30.06.2025
İranın 400 kiloqram zənginləşdirilmiş uranı nəzarətdən itib
02:32 30.06.2025
Klublararası dünya çempionatı: "Bavariya" 1/4 finala vəsiqə qazandı
02:16 30.06.2025
Nazir vurma cədvəlini bilmədi
02:08 30.06.2025
Ağdamda polis əməkdaşı minaya düşdü
02:01 30.06.2025
"Saxta "Telegram" kanalının məlumatı Rusiyadakı soydaşlarımıza qarşı təxribatdır"
01:55 30.06.2025
İstanbulda dənizdə çimmək qadağan olundu
01:31 30.06.2025
Klublararası dünya çempionatı: "PSJ" "İnter Mayami"ni darmadağın etdi
01:08 30.06.2025
Qranada şəhərində Ərəb hökmranlığının izləri
00:33 30.06.2025
Rusiyanın daha bir şəhərində azərbaycanlılara qarşı əməliyyat keçirildi
00:23 30.06.2025
Məzunlar niyə işsiz qalır?
00:14 30.06.2025
Makron Pezeşkianla nə danışdı?
00:07 30.06.2025
30 İyun – Azərbaycan sevgisinin simvolik günüdür
00:01 30.06.2025
Çin yeni silah yaradıb
23:59 29.06.2025
Nəm salfetlər təhlükəlidirmi?
23:44 29.06.2025
Milli Məclisin vitse-spikeri Pyotr Tolstoya cavab verdi: "Həyasız, insanlığa sığmayan açıqlamadır"
23:26 29.06.2025
Pakistanda güclü yağışlar fəlakət gətirdi -43 nəfər həlak oldu
23:11 29.06.2025
“ABŞ heç nə edə bilmədi, Tramp hər şeyi şişirdir”
22:56 29.06.2025
Tünzalə Ağayeva "Yekaterenburq hadisələri"-nə reaksiya verdi
22:42 29.06.2025
Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu keçiriləcək
22:40 29.06.2025
Ukraynan Ottava Konvensiyasından çıxır
22:25 29.06.2025
"Guya polisi görəndə qardaşlarımın ürəyi partlayıb"
22:16 29.06.2025
SEPAH-ın Kəşfiyyat İdarəsinin İraqdakı ofisi yanır
22:10 29.06.2025
Tehran metrosunda "Mossad" agenti tutuldu
21:55 29.06.2025
Hamısı