Belçikanın Muskron şəhərində yaşayış evlərinin yaxınlığında məskunlaşmış xoruz və toyuqların tutulmasına başlanılıb.
Bələdiyyə bu addımı şəhər sakinlərinin tələbindən sonra atıb.
Qeyd olunur ki, mərkəzi parkların birində sayları çoxalmış quşlar sakinlərin yatmağına mane olur.
Həmin quşların Muskron ətrafındakı kəndlərdən satış üçün gətirildiyi və nəticədə orada qaldığı barədə məlumat verilib.