43 yaşlı britaniyalı dizayner Viktoriya Bekhem övladları ilə Mayamidə dincəlir.
Dizayner sosial şəbəkədə uşaqları ilə tətil fotolarını paylaşıb. Şəkillərdə ən çox diqqət çəkən isə Viktoriyanın qızı Harperin uzun saçları olub. Balaca qızcığazın saçlarına heyran qalan İnstaqram izləyiciləri ona tərif dolu sözlər yazıblar. Harper məşhur cizgi film qəhrəmanı Rapunzelə bənzədilib. "Bu ki, əsl Rapunzeldir" yazan istifadəçilər uzun saçlarını kəsdirməyə qoymadığı üçün Harperin atası Devid Bekhemə təşəkkür ediblər.
Qeyd edək ki, Viktoriya dəfələrlə qızının saçlarını qısaltmaq istəsə də, əri buna qarşı çıxıb. Devid müsahibələrinin birində Harperin anadan olandan saçını kəsmədiklərini və ona bu cür yaraşdığını deyib.