Dünyanın ən uzun körpüsünün inşası başa çatıb.
Belə bir status alan Honkonq-Zhuhai-Makao körpüsünün yaxın günlərdə rəsmi açılışı olacaq.
55 kilometr uzunluğunda körpü Çinin üç böyük şəhərini dəniz vasitəsilə bir-birinə bağlayacaq. Körpünün inşasına 10,6 milyard dollar xərclənib.
Onun 29,6 kilometri körpü, 6,7 kilometri isə tuneldən ibarətdir.