Braziliyanın Sao Paulo şəhərində keçirilən müsabiqədə 62 yaşlı qadın gözəllik kraliçası seçilib.
Xarici KİV xəbər verir ki, qocalmanın səbəblərini araşdıran institutun təşkil etdiyi yarışda 62-77 yaş arası 25 namizəddən Rosalia Pereira adlı qadın birinci olub.
Qeyd edək ki, Amerikada 15 ildir təşkil edilən müsabiqə müxtəlif ölkələrdən gəlmiş yaşlı insanları bir araya gətirmək məqsədi daşıyır.