Səhər-səhər çay içənlər - DİQQƏT! | Eurasia Diary - ednews.net

15 Oktyabr, Çərşənbə axşamı


Səhər-səhər çay içənlər - DİQQƏT!

Maraqlı A- A A+

Xalq olaraq  çay içmək birnöv vərdişimizdir. Səhər-səhər isə  əksəriyyətimiz səhər yeməyi yeməsək də, mütləq çay içirik. Lakin aparılan son araşdırmalar onu gösətərir ki, bu alüdəçiliyimiz heç də xoş nəticə verməyə bilir. Belə ki, səhərlər çay içmək bəzi hallarda müəyyən xəstəliklərin yaranmasına səbəb olur. Eurasia Diary Milli.Az -a istinadən həmin sıyahını təqdim edir.

Anemiyaya 

 Həddən artıq çay içmək orqanizmə ziyandır. Çünki çayın tərkibindəki bi maddə orqanizm tərəfindən dəmirin sovrulmasının qarşısını alır və anemiya, qansızlıq kimi xəstəliklərə səbəb olur.

Taxikardiya

Bundan başqa, çayın tərkibindəki kofein isə qan təzyiqini yüksəldir və taxikardiya yaradır. Həm də normadan artıq çay içmək orqanizmin su itirməsinə səbəb olur.

Xərçəng

Məlum olub ki, qaynar içilən çay orqanizmə ciddi ziyan vurur. Çayın tərkibindəki tein və tanen maddələri çay qaydalara uyğun dəmlənməyəndə aktivləşir. Bu isə xərçəngə səbəb ola bilər. Belə halın qarşısını almaq üçün çayı çox isti pilətədə dəmləmək olmaz.
Qaynar çay qida borusu xərçənginə səbəb olur.

İranlı alimlər isə bildirirlər ki, qaynar çay qida borusu xərçənginə səbəb olur. Qaynar çay boğaz toxumalarını zədələyir və xərçəng riskini 8 dəfə artırır.

Nə qədər çay içək?

Alimlər qeyd edirlər ki, gün ərzində 6 stəkandan çox çay içmək düzgün deyil. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...