Dünyada bənzəri olmayan almaz tapıldı - İNANILMAZ KƏŞF - Foto | Eurasia Diary - ednews.net

18 Oktyabr, Cümə


Dünyada bənzəri olmayan almaz tapıldı - İNANILMAZ KƏŞF - Foto

Maraqlı A- A A+
Rusiyada daha öncə kəşf edilməmiş bir almaz tapılıb. Sözügedən almaza içində başqa bir almaz olduğu üçün "Matruşka" adı verilib.
 
Eurasia Diary xəbər verir ki, Rusiyaya bağlı Yakutistanda dünya almaz mədənçilik tarixində daha öncə rast gəlinməyən bir almazın kəşf edildiyi açıqlanıb. Tapılan almazın içində sərbəst şəkildə hərəkət edən başqa bir almaz olduğu bildirilib.
 
"Matruşka" adı verilən almaz Rusiya mərkəzli mədənçilik şirkəti olan "Alrosa"nın almaz çıxarma prosesi zamanı tapılıb. 
 
Elm adamları araşdırmanın nəticələrinə görə, "Matruşka" almazının necə əmələ gəldiyinə dair bir fikir irəli sürüb. Mütəxəssislər əvvəlcə iç qismi əmələ gələn almazın daha sonra üz hissəsinin əmələ gəldiyini təxmin etdiklərini bildirib.(moderator.az)
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...