Zelenskinin NATO baş katibi ilə fotosu lağa qoyuldu | Eurasia Diary - ednews.net

21 Noyabr, Cümə axşamı


Zelenskinin NATO baş katibi ilə fotosu lağa qoyuldu

Maraqlı A- A A+

Ukrayna Prezidenti Vladimir Zelenskinin NATO baş katibi Yons Stoltenberqlə birlikdə çəkilmiş şəkli sosial şəbəkələrdə gülüşlə qarşılanıb.

Eurasia Diary-nin verdiyi xəbərə görə, fotoda alyans rəhbəri masa arxasında əyləşib, ölkə başçısı isə əllərini birləşdirərək ayaqüstə onun qarşısında dayanıb.

Sözügedən foto fonunda şərhçilər Ukrayna Prezidentini müəllim qarşısında dayanan şagird, həmçinin müştəriyə xidmət edən ofisiantla müqayisə ediblər.

Şərhlərdən bir neçəsini təqdim edirik: “Yağlı rəsm – müəllim və nümunəvi tələbə”, “Jurnala ikini hələ ki, karandaşla yazıram”, “Ofisiant, bu gün borş əla alınıb. Sizin mətbəxlə bağlı müsbət rəy yazıram”.

Qeyd edək ki, Stoltenberq 30-31 oktyabr tarixlərində Ukraynada səfərdə olub. (qafqazinfo)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...