Dəmirəlin 1967-ci il Bakı səfəri: - kadrda görün kim var - VİDEO | Eurasia Diary - ednews.net

12 Noyabr, Çərşənbə axşamı


Dəmirəlin 1967-ci il Bakı səfəri: - kadrda görün kim var - VİDEO

Maraqlı A- A A+

1967-ci ildə o vaxt Türkiyənin Baş naziri olan Süleyman Dəmirəl Bakıya gələrkən onu qarşılayanlar arasında Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri general Heydər Əliyev də olub.

Eurasia Diary xəbər verir ki, bu tarixi səfərin görüntülərini rejissor Füzuli Sabiroğlu Youtube kanalında paylaşıb.

Həmin dönəm üzdən o qədər də tanınmayan, bu tanınmamağından istifadə edərək, Azərbaycanın birinci katibi olarkən Bakıda şəxsən reydlər keçirən və özünün dediyi kimi, “Mixaylo şəhərdədir!” sensasiyasının yaranmasına səbəb olan Heydər Əliyev yalnız bir kadrda bir anlıq görünür.

Heydər Əliyevin Süleyman Dəmirəllə dostluq əlaqələrinin yaranmasının da bu dönəmdən başladığı ehtimal olunur.

Baş nazir Süleyman Dəmirəlin Bakı səfərinin görüntülərini təqdim edirik:(kult.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...