Azərbaycanda çəkilən çarx “YouTube”da trend oldu - VİDEO | Eurasia Diary - ednews.net

14 Dekabr, Şənbə


Azərbaycanda çəkilən çarx “YouTube”da trend oldu - VİDEO

Maraqlı A- A A+

Azərbaycan son günlər Cənubi Koreyada məşhurlaşıb.

Eurasia Diary-nin verdiyi xəbərə görə, ölkənin ən böyük axtarış sistemləri olan “Naver” və “Daum”da axtarılan ən çox sözlər Azərbaycanla bağlı olub.

Sıralamada ilk yerdə “Bakı”, ikinci yerdə isə “Azərbaycan” sözləri yer alıb.

Buna isə Koreya televiziyalarından birinin Azərbaycan Dövlət Turizm Agentliyinin dəstəyilə Bakıdan və Qobustandan turizmlə bağlı veriliş hazırlaması səbəb olub.

“Battle trip” verilişi üçün Qız qalasında, İçərişəhərdə, metrostansiyaların qarşısında, Qobustan qayalıqlarında və Yanardağda çəkilişlər aparılıb.

Verilişin anonsunun yayılması Cənubi Koreyada Azərbaycana olan maraqları artırıb.

Həmin verilişin bu həftə ərzində tam yayımlanacağı gözlənilir. (oxu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...