Alimlərdən ciddi - XƏBƏRDARLIQ | Eurasia Diary - ednews.net

26 Fevral, Çərşənbə


Alimlərdən ciddi - XƏBƏRDARLIQ

Maraqlı A- A A+

ABŞ-da aparılan bir araşdırmaya görə, uzunmüddət çalışanlarda yüksək təzyiqin yaranma ehtimalı var. Kanada bu yöndə 3500-dən çox işçi üzərində tədqiqat aparılıb. Nəticədə, digər insanlarla müqayisədə həftədə 49 saat və daha çox çalışanlarda yüksək təzyiq riski 70 %-ə yüksəlib.

Eurasia Diary xəbər verir ki, araşdırma zamanı yaş, cinsiyyət, təhsil səviyyəsi, peşə, siqaretdən istifadə, bədənin immunitet səviyyəsi və digər sağlamlıq faktorları əsas götürülüb.

Tədqiqat qrupunun rəhbəri, Laval Universitetinin əməkdaşı Xavier Trudel bildirib ki, insanlar uzun müddət çalışmağın sağlamlıqlarına təsir edə biləcəyinə diqqət yetirməli, əgər uzun müddət çalışırlarsa, daim həkim yoxlanışından keçmək kimi önəmli məsələni diqqətdə saxlamalıdırlar.

Qeyd edək ki, dünyada 1 milyondan çox yüksək təzyiq xəstəsi var. Bu da insanlarda ürək-damar xəstəlikləri, iflic, hətta bəzən ölüm təhlükəsini də artırır. (Publika.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...