İlk bölümü 1989-cu ildə yayımlanan ABŞ cizgi filmi "Simpsonlar" ("The Simpsons") filminin 1993-cü ildə çkildiyi iddia edilən bir bölmündə koronavirusa aid izlər olduğu ortaya çıxıb.
Eurasia Diary xarici mediaya istinadən xəbər verir ki, iddiaya görə film 27 il əvvəl Çində bir virus yayılacağını xəbər verib. Sözügedən bölümdə Simpsonlar ailəsinə poçt ilə bir paket gəlir və bu paket nəticəsində ABŞ-da keçici xəstəlik yayılır. Filmin bu kəhanəti sosial mediada da gündəm olub, "Tvitter"də bununla bağlı bir çox tvit atılıb.
Qeyd edək ki, "Simpsonlar" cizgi filmi bir çox öncəgörmə iddiaları ilə məşhurdur.
Həmin bölümdən bir hissəni təqdim edirik: