50 min insanın sümüyündən dizayn edilmiş qorxunc kilsə - Sümüklü Sedleç | Eurasia Diary - ednews.net

30 Mart, Bazar ertəsi


50 min insanın sümüyündən dizayn edilmiş qorxunc kilsə - Sümüklü Sedleç

Maraqlı A- A A+

Dünyanın ən qorxunc ibadətgah muzeylərindən olan Sümüklü Sedleç kilsəsi buraya təşrif buyuran turistlər tərəfindən “qorxulu məbəd” adlandırılır.

Eurasia Diary  milliyet.com.tr-yə istinadla bildirir ki, Çexiyanın paytaxtı Praqada yerləşən muzeyin içərisi ölmüş insanların sümükləri ilə dizayn edilib. Hər il minlərlə turistin bu kilsəni ziyarət etdiyi vurğulanır.

Kilsənin içərisində 50 min insanın onurğa, kəllə, aşağı və yuxarı ətraf sümüklərindən istifadə olunub. Praqanın 75 kilometrliyində yerləşən bu katolik kilsəsinin 12-13-cü əsrlərdə inşa edildiyi bildirilir.

Hətta kilsənin əsas xaçı, şamdanlar, divardakı naxışlar da insan sümüyündən hazırlanıb. Buradakı sümüklərin “müqəddəs xaç uğrunda” döyüşlərdə öldürülən katolik xristianlara aid olduğu vurğulanır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...