“Kommersant” Ermənistana “İsgəndər-M” raketlərinin verildiyi haqda nə yazmışdı...

Maraqlı 11:14 16.04.2021

Azərbaycan rəhbərliyi və ictimaiyyəti 44 günlük İkinci Qarabağ müharibəsi zamanı tətbiq edilən və qalıqları Şuşa ətrafında tapılan “İsgəndər-M” raketlərinin (9М723) Ermənistana necə gedib çıxdığı barədə Rusiyadan izahat gözləyir. Prezident İlham Əliyev son günlər bu barədə iki dəfə publik bəyanatlar səsləndirib, ADA Universitetində keçirilən beynəlxalq konfransda deyib ki, məsələni aprelin 1-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı qaldırıb, izahat istəyib. Habelə Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə rəsmi məktub göndərərək ixrac üçün nəzərdə tutulmayan operativ-taktiki raketlərin Ermənistana necə gedib çıxmasına izahat verməyə çağırıb. Lakin hələ Rusiya tərəfindən cavab yoxdur. Hərçənd Putinin sözçüsü Dmitri Peskov bildirib ki, məsələni iki ölkə hərbçiləri “sıx dialoqun gedişində” müzakirə edirlər.

Əslində isə Ermənistana məhz “İsgəndər-M” raketlərinin verilməsi Rusiya mənbələri tərəfindən hələ 3 il əvvəl-2018-ci ildə Nikol Paşinyanın Moskvaya səfəri ərəfəsində mətbuata sızdırılmışdı. “Kommersant” qəzeti Rusiya hərbi-sənaye kompleksindəki mənbələrə istinadən yazmışdı ki, Ermənistana 2016-cı ildə bir diviziyon “İsgəndər-M” operativ-taktiki raket kompleksi (9М723 raketləri ilə) verilib.

Qəzet Rusiyanın Ermənistana ayırdığı güzəştli silah kreditləri barədə bəhs edərək yazırdı ki, 2016-cı ildə, Qarabağda vəziyyət kəskinləşəndə Yerevan onlarla “Smerç” reaktiv-yaylım atəşi sistemləri, “İqla-S” daşınan zenit-raket kompleksləri, “Avtobaza-M” radioelektron mübarizə sistemləri (cəmi 200 milyon dollarlıq müqavilə) alıb.

“Bundan əlavə, hərbi-texniki əməkdaşlıq sferasındakı mənbə “Kommersant”a bildirib ki, 2016-cı ildə Ermənistan bir diviziyon “İsgəndər-M” operativ-taktiki raket kompleksləri (9М723 raketləri ilə) alıb. Mənbə etiraf edir ki, de-yure bu, raket texnologiyalarının yayılması barədə müqaviləni pozur, çünki həmin raketlərin mənzili ixrac üçün icazə verilən 300 kilometrdən çoxdur. Lakin Moskvada bu addıma məcburən gediblər: operativ-taktiki raket kompleksləri Ermənistana daha böyük hücum silahları potensialına malik olan Azərbaycanla hərbi pariteti dəstəkləmək üçün təcili lazımdır. “İsgəndər-E” ixrac modifikasiyasının hazırlanmasına zaman tələb olunur, hansı ki, Bakı Dağlıq Qarabağda hücuma keçəcəyi halda belə zaman yox idi”,- qəzet 2018-ci il sentyabrın 8-də dərc edilmiş məqaləsində bildirir.

Qəzet əlavə edirdi ki, Ermənistan hakimiyyətinin addımları Rusiya məmurları tərəfindən heç də həmişə anlaşılmasa da silah əməkdaşlığını kəsməyə heç kim hazırlaşmır. “Biz gedən kimi yerimizi başqaları tutacaq. Və belə addımın nəticələrini bizim hamımız hiss edəcəyik”,-rusiyalı hərbi mənbə o vaxt belə deyib.

Göründüyü kimi, “İsgəndər-M” raketləri Ermənistana heç də təsadüfən gedib çıxmayıb və mənzili 300 kilometrdən çox olan raketlərin yayılmasını qadağan edən beynəlxalq müqavilənin ziddinə olaraq bu ölkəyə ötürülüb. Əlbətdə, Azərbaycan tərəfində hələ o vaxtdan Ermənistana bu raketlərin verildiyi haqda şübhələr var idi, amma indi dəlillər açıq-aşkar ortadadır və rəsmi Bakının izahat tələb etmək üçün tam qanuni əsasları var.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Starmerin reytinqi aşağı düşüb
02:06 07.07.2025
Çin Aİ-dən Tibbi Texnika İdxalına Məhdudiyyət Tətbiq Etdi
01:38 07.07.2025
BRİCS Sammitindən İsrailə Sərt Mesaj: "Suriya Ərazisindən Geri Çəkil "
01:07 07.07.2025
Dünyanın sürəti artır
00:32 07.07.2025
Ermənistan Ukraynaya cavab verdi
23:59 06.07.2025
İsrail prezidenti girovların azad edilməsi üçün çətin qərarların qəbul edilməsini istisna etmir
23:26 06.07.2025
Şir zooparkdan qaçdı
22:58 06.07.2025
"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisini qazandı
22:30 06.07.2025
Zelenski Rusiya və Ukrayna arasındakı əsir mübadiləsindən danışıb
22:00 06.07.2025
Tesla robot istehsalını sonlandırmağa qərar verdi
21:30 06.07.2025
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
21:00 06.07.2025
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
20:42 06.07.2025
Paşinyan "Hraparak"ı məhkəməyə şikayət edib
20:30 06.07.2025
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
20:20 06.07.2025
Zelenski Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar açıqladı
20:00 06.07.2025
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
19:53 06.07.2025
Türkiyə ordusunun 5 hərbçisi şəhidlik zirvəsinə yüksəlib
19:30 06.07.2025
Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
İki şəhər arasında hava əlaqəsi pozuldu
18:00 06.07.2025
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırdı
17:30 06.07.2025
Kamaləddin Qafarov: İƏT-in inkişafında Azərbaycanın rolu artmaqdadır
17:00 06.07.2025
Bu pasportların dəyişdirilməsi Rusiya vətəndaşları üçün zəruridir
16:30 06.07.2025
XİN ABŞ-yə başsağlığı verdi
16:00 06.07.2025
ABŞ-də seldə ölənlərin sayı artdı
15:30 06.07.2025
DİM təhsil haqqında dəyişiklik edib
15:00 06.07.2025
Təl-Əvivdə hava limanına hücum olub
14:30 06.07.2025
Yaponiyada zəlzələ baş verib
14:00 06.07.2025
Azərbaycanlı güləşçi qızıl medal qazandı
13:30 06.07.2025
İlon Mask yeni siyasi partiyasını elan etdi
13:00 06.07.2025
"İƏT üzvü olan ölkələrlə əməkdaşlığımız sistemli şəkildə dərinləşdirir"
12:26 06.07.2025
Günəşdə Rekord Aktivlik: Bir Həftədə Altıncı dəfə...
12:00 06.07.2025
Əsvanda Ptolemey dövrünə aid qəbirlər aşkarlanıb
11:29 06.07.2025
Rusiya Xarkova PUA hücumu həyata keçirib
11:11 06.07.2025
"Almaniya müdafiə olunmalıdır”
10:51 06.07.2025
Almaniya Ukraynaya Patriot sistemi almaq istəyir
10:16 06.07.2025
İsrailin Qəzzaya endirdiyi son hava hücumlarında 78 nəfər ölüb
09:52 06.07.2025
Xamenei ortaya çıxdı
09:29 06.07.2025
Böyük Britaniyada COVID-19-un yeni ştamı yayılır
08:52 06.07.2025
Şirkət maşını dərəyə aşıb
08:19 06.07.2025
Hamısı