"Beijing Daily" qəzetinin dərc etdiyi məlumata görə məşhur Çin aktyoru Ceki Çanın 24-cü Qış Olimpiya Oyunlarında məşəl estafetində iştirak edərək, məşəli Böyük Çin Səddi boyunca apardığını yazıb.
Bundan əlavə, məlumatda qeyd edilib ki, 68 yaşlı aktyor Böyük Çin Səddinin turistlər tərəfindən ən çox ziyarət edilən hissəsi boyunca Olimpiya məşəlini daşıyaraq, estafetin 30-cu məşəlçisi olub.
Ceki Çanın sözlərinə görə, onun ikinci dəfə məşəli daşımağa layiq görülməsi aktyor üçün böyük şərəfdir.
İlk dəfə 2008-ci Pekin Olimpiadasında məşəl estafetində iştirak edən aktyor qeyd edib ki, havanın 10 dərəcə şaxtalı olmasına baxmayaraq, idmançıları, jurnalistləri, könüllüləri və iştirakçıları salamlayarkən, üzlərində gördüyü şən təbəssüm onun ürəyini isidirdi.