Amerika kino sənayesinin ən nüfuzlu mükafatları sayılan Oskar mükafatlandırma mərasimi bu il 94-cü dəfə keçirilib. Üç ildən sonra ilk dəfə aparıcı ilə keçirilən möhtəşəm gecədə mükafatlar sahiblərinə təqdim edilib. ABŞ-ın Los-Anceles şəhərində keçirilən mərasimdə ən çox müzakirə olunan Vill Smitin Kris Roka yumruq vurması olub. Tədbirə altı mükafat qazanan 'Dune' filmi damğasını vursa da, hər biri bir-birindən məşhur olan ulduzlar uzun hazırlıqlar nəticəsində dəbli geyimləri ilə qırmızı xalçada rəngarəng görüntülər sərgiləyib.
Budur Oskar modasından kameralara tuş gələnlər...
ZƏRAFƏTLİ GECE...
Oskar mükafatlandırma mərasimində kino sahəsində ən yaxşılar elan edildikdən sonra Vanity Fair jurnalının təşkil etdiyi after party-də dünyaca məşhur ulduzlar iştirak edib. İddialı geyimlərini nümayiş etdirən kino, musiqi və moda dünyasından olan tanınmışlar öz zərafəti ilə yarışıblar.
Qeyd edək ki, məşhur amerikalı əyləncə müxbiri, aktrisa və prodüser Zuri Hall və model Kara Del Toro “Oscar” mükafatlandırma gecəsinə Azərbaycan brendinin libası ilə qatılıb.