"Onlarda toy" Qətərdə könlü 4 arvad almaq istəyən qanun qarşısında da cavab verməyi gözə almalıdır

Maraqlı 20:00 04.04.2022
Hər bir millətin özünə xas tarixi, mədəniyyəti, milli-mənəvi, dini  dəyərlərinə söykənən fərqli toy adət-ənənələri var. Elə bu səbəbdən də hər bir xalqın özünəməxsus, maraqlı bəzən təəccübləndirən toy qaydaları mövcuddur.
 
Mövzunun cəmiyyət arasında geniş maraq doğurduğunu nəzərə alaraq, Ednews oxucuları üçün mütəmadi olaraq dünya toy adət-ənənələri haqqında maraqlı faktları təqdim edəcək. 
 
Ednews “Onlarda toylar” rubrikasını təqdim edir. Bu dəfə sizlərlə Qətər toyları ilə bağlı təəssüratlarımı bölüşmək istərdim.

“Forbes” jurnalının redaktorlarına görə Qətər çox kiçik, lakin buna baxmayaraq dünyanın ən zəngin ölkəsidir. Onların evlərinin gözəlliyinə, əzəmətinə, paltarlarına və qızlar üzərindəki brilyantlarına ancaq heyran olmaq olar! Eyni zamanda, insanları da bir o qədər mehribandırlar. Bilirdinizmi ki, yerli Qətərlilər şeyxlərindən çoxlu məvaciblər (bonuslar) alırlar, yəni insanlar açıq şəkildə dəbdəbədə üzürlər. Buna cavab olaraq da, hər kəs öz sevimli hökmdarına yetəri qədər hörmətini göstərməyə çalışır.

Ölkə müsəlman olmasına baxmayaraq, buradakı toylar demək olar ki, əsas əyləncə forması daşıyır. Qətər ailələri böyük bir ailə kimidirlər və tez-tez bir-birlərini nişanlara, xına gecələrinə və ya toylara dəvət edərlər.

Yeri gəlmişkən, burada xına gecəsi bir növ subay gecəsidir, burada bütün dəvət olunan qonaqlar və gəlin inanılmaz gözəllik və dizayna malik ərəb milli geyimlərindədir. Xüsusilə qonaqların başının üstündə nəhəng uzanmış şərflə gəlinin ətrafında rəqs ayinlər dayanar. Amma çox təəssüf edərək bildirmək istərdim ki, Qətər toylarındakı şəkilləri internetdə paylaşmağı qadağan edirlər və bunun üçün xüsusi sənədə imza atarlar.

Qətər toyları digər toylara nisbətən səhərdən axşama qədər yox, 5-6 saat çəkir. Qətər toyunda "gəlinin səhəri" deyildiyi anlama yox,  axşam saatları yeddi və ya səkkizdə baş tutacaq mərasim nəzərdə tutulur. Burada toylar çox baha, təmtəraqlı və xüsusi bəzədilmiş mehmanxanaların zallarında keçirlilir. Toy mərasiminə min nəfərə qədər adam dəvət oluna bilər. Hətta gəlin üçün xüsusi “Gəlin Otağı” olur. Gəlin ora hər iki ailənin qadın tərəfi ilə gəlir və xüsusi bəzədildikdən sonra qonaqlar içinə çıxmağa hazırlaşır.

Qonaqlar da adətən saat 7-8 radələrinə dəvət olunur. Gəlinin də hazırlanması o ərəfələrə düşür deyə, zala saat 9-10-da daxil olur. Gəlinin gəlişindən öncə qonaqlara zalda şirniyyatlar təqdim olunur. Toyda qadın tərəf orta hesabla 200-300 nəfər təşkil edir. Qadınların hamısı zərif geyinərək, qüsursuz makiyaj və saç düzümü ilə ziyafətə gəlirlər. Hətta çoxları kino ulduzlarına bənzəyir! Qətər qadınları nadir hallarda eyni paltarı iki dəfə geyinirlər. Zənn edərsiniz ki, digər müsəlman ölkələrində olduğu kimi burda da kişi qadın məclisi ayrı keçirilir, bəs guya qadınların hamısı belə geyinir və kişilər onları görmür. Lakin siz demə, istənilən ərəb toyuna gələn subay xanımlar gələcək gəlinlik namizədliyi üçün bir “yarmarka”dır. Hər bir subay qız gələcək qayınanasına bütün şöhrəti ilə özünü göstərməyə çalışır. Hətta qətərlilərin belə bir zarafatı var ki, bəyi ibadətinə görə, gəlini isə yad toyunda gözəl rəqs ilə seçirlər. Gəlin seçimində əsas gələcək bəyin anasını razı salmaq kifayətdir.

Qətərdəki vizajistlər o qədər məharətli və bacarıqlıdırlar ki, gəlini tanılmayacaq dərəcədə bəzəyərlər. Belə deyək, makiyajsız gəlin şirin və gözəl, makiyajla isə bir o qədər möhtəşəm olur.

Təyin olunmuş saatda gəlin yavaş-yavaş musiqi sədaları altında zalda görünür. Dostları və qohumları onu qarşılayır, onu öpməyə və pul tökməyə başlayırlar. Yeri gəlmişkən, yerə o qədər pul səpilir ki, demək olar ki, həmişə bu pulu daim yığan xüsusi qadınlar dəvət olunur. Sizcə də onların işi əla deyilmi..?

Gəlin xüsusi divan olan kürsüdə əyləşir. Gəlin heç nə yemir, onun vəzifəsi sadəcə təbrikləri qəbul etmək və gülümsəməkdir. Maksimum bir dəfə bir stəkan su təqdim edilər

Qətər toylarında tamada olmur. Amma pərdə arxasında musiqiyə nəzarət edən, gəlinin və ya bəyin çıxışını elan edən bir şəxs (çox vaxt kişi) olur. Zalda yalnız qadın müğənnilər oxuya bilər. Kişi müğənnilər zaldan kənarda oxuyurlar, lakin onları videokamera lentə alır və video zaldakı böyük ekranlarda yayımlanır.

Dinə və rəvayətə görə müsəlmanlar eyni anda 4-ə qədər arvadı ola bilər. Lakin onlar  bu hüquqdan imtina edə bilərlər. Həqiqət isə bundan ibarətdir ki, əgər bir kişi 4 arvad almaq arzusundadırsa, bu zaman o hər birini eyni dərəcədə əzizləməli və məsuliyyətini daşımalıdır. Əks halda, dövlət qarşısında cavab verməli olacaq.

Qeyd etdiyim kimi, toyda əylənmək yalnız qadınlara aiddir, kişilər isə digər zalda əyləşərlər. 

Qətər toylarında gəncləri əksər hallarda valideynləri tanış edərlər. Qətər üçün bu xarakterikdir. Toyda qohumlar, dostlar, tanışlar iştirak edər. Ən gözəl məqam isə heç kəs toya hədiyyəsiz gəlməz. Toyda ən gözəl hədiyyə isə diqqətdir. Bilirsiz ki, əgər siz Qətər toyuna dəvət alıb, amma iştirak etməmisizsə, onalr sizlə bir ömür küsülü qalarlar. Ancaq dəvət olunmasaz belə, gəlin. Qətər toyunda çağırılmamış qonaq deyə bir şey yoxdur. Buna görə də əyləncədən xəbər tutan kasıbdan tutmuş varlısına qədər- hər kəs toyda iştirak edə bilər. Və heç kəsə ayrılseçkiliklə yanaşıla bilməz. Çünki islam dininə görə “qonaq Allahın qonağıdır”. Bundan savayı toyda bişirilən nemətlər də israf olunmaz, çünki artıq qalan yeməklər qablaşdırılıb yetim-yesirə, ehtiyacı olanlara paylanılır. 

Sizə daha maraqlı bir məqamı da bildirmək istərdim ki, qətər toylarına əmirləri də dəvət edirlər. Onlarsa ya gələr, ya da pul hesabı göndərərlər. Miqdar isə hardasa 30 min dollar civarında olur.

Adi hal olaraq, bütün toy xərcləri bəy tərəfindən ödənilir. Bundan əlavə, nişanlısına qızıl da verir. Qızıl nə qədər böyük olsa, bir o qədər yaxşıdır. Qeyd etdiyim kimi Qətər toyları bir neçə saat davam edir, bu da ondan irəli gəlir ki, spirtli içki qəbul edilmir. Bəlkə də digər səbəb kişilərin toyunda xanımların iştirak etməməsidir.

Təxminən saat 11 radələrində bəyin və onun kişi qohumlarının gəlişi elan edilir. Bəyin anası və bacılarından başqa bütün qadınlar qara çadraya bürünürlər. Bəziləri hətta üzlərini örtməyə çalışırlar. Toyun sonunda isə bəy və gəlinlə şəkil çəıkdirmək üçün hər kəs sıraya düzülür. Şəkil çəkdirdikdən sonra isə hər kəs evinə dağılışar.

Rəna Mürşüd


İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Ceyhun Bayramov Qazaxıstana yola düşdü
09:11 10.05.2024
Bu gün Almatıda Azərbaycan və Ermənistanın XİN başçıları GÖRÜŞƏCƏK
09:00 10.05.2024
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Hamısı