NASA-nın Marsa yollanan “Rover” peyk aparatı Mars üzərində qəribə görüntülər aşkara çıxarıb.
Ednews xəbər verir ki, bu dəfə söhbət fantastik filmlərdə izlədiklərimizdən fərqli olaraq başqa bir dünyadan xəbər verən real görüntülərdən gedir.
Belə ki, Mars instaqram üzərindən fotosessiyalar edərək Yer planetimizin 0 dərəcə nöqtəsi ilə kəsişən Meridian nöqtəsində iri bir krater qeydə alıb.
“Ayeri” adlandırılan və Marsın bizə görünməyən hissəsində yerləşən krater qırmızı planetin 0 dərəcəsini təşkil edir.
Qeyd edək ki, bu həm də ayrı bir dünyadan xəbər verən planetin gələcəkdə xəritəsinin hazırlanması üçün böyük imkanlar yaradıb.