“Onlarda toy”:Bu ölkədə bəy gəlinə hörmətini göstərmək üçün onun qarşısında səcdə etməlidir Qeyri-adi ƏNƏNƏ

Maraqlı 20:00 18.04.2022

Hər bir millətin özünə xas tarixi, mədəniyyəti, milli-mənəvi, dini  dəyərlərinə söykənən fərqli toy adət-ənənələri var. Elə bu səbəbdən də hər bir xalqın özünəməxsus, maraqlı bəzən təəccübləndirən toy qaydaları mövcuddur.

Mövzunun cəmiyyət arasında geniş maraq doğurduğunu nəzərə alaraq, Ednews oxucuları üçün mütəmadi olaraq dünya toy adət-ənənələri haqqında maraqlı faktları təqdim edəcək. 

Ednews “Onlarda toylar” rubrikasını təqdim edir. Bu dəfə sizlərlə Nigeriyanın qeyri-adi ənənələrindən danışacam.

Müxtəlif ölkələrin müxtəlif toy ənənələri bizi yetəri qədər təəccübləndirir...Lakin bu dəfəki rubrikamız daha əyləncəli və maraqlı keçəcəyinə inanıram. Çünki bu rubrikamız məhz Nigeriyalı bir vətəndaşın danışdıqları əsasında təqdim ediləcək. Əslən Nigeriyanın Yoruba qəbiləsindən olan Con Ayomide Ednews-a açıqlamasında ilk olaraq ölkəsi haqda məlumat verib.

“Nigeriya-  müxtəlif dil, din, mədəniyyət və  adət-ənənlərini özündə birləşdirən bir ölkədir. Burada təxminən 371 qəbilə var. Qəbilələr içərisində ən əsasları “İqbo”, “Hausa” və “Yoruba” sayılır. Ölkənin şimalında müsəlmanlar, cənubunda isə xristianlar məskunlaşıblar. Bizdə toylar çox xüsusi və özəl keçirilir. Hətta toy libasının fərqliliyi sənin hansı qəbiləyə mənsub olduğunun göstəricisidir”.

O, öz qəbiləsinin toy adət-ənənlərinin 3 hissədən ibarət olduğunu bildirib. Con deyir ki, mənsub olduğu Yoruba qəbiləsində xanımlar 24-28, bəylər isə 26-30 yaşında nikaha girir. 

Yoruba Traditional Marriage and Wedding Ceremony - Holidappy

“Yəni erkən və məcburi evlilik kimi hallar bizim ölkədə mövcud deyil. Hər ölkədə olduğu kimi bizdə də nigah ilk mərhələ “tanışlıq”la başlayır. Bu kiçik mərasim evdə hər iki tərəfin ailə üzvlərinin iştirakı ilə keçirilir. Razılıq alındıqdan sonra isə digər iki mərhələ həyata keçirilir: “nişan” və “ağ toy”.

Siz heç bilirdinizmi Yoruba qəbiləsində ən önəmdaşıyıcı mərasim- “nişan” sayılır. Daha sonra John Ayomide bizə nişanlarının necə canlı və atəş-fəşanlıqla keçdiyi barədə ətraflı danışdı. 

“Bəli, bizdə nişanlar daha maraqlı keçir, çünki bu mərasim həm geyim, həm də qəribə adətləri ilə seçilir. Mərasimdə ən azı 200 nəfər iştirak edir. Mərasimi hər iki tərəfin ayrıca “alağas” adlı qadın tamadası olur.  Onlar mərasimə xüsusi şənlik, maraq və əyləncə qatırlar. Tədbir boyu tamada ilə bərabər nağaraçı da mərasimi müşahidə edir. Onun hər vuruşu mərasimə xüsusi rəng, güc və həyəcan qatır”. 

Açıqlama zamanı Con nişanın toydan fərqləndirən özəlliklərindən də söz açıb.

“Yoruba qəbiləsinin mədəniyyətini simvollaşdıran və təmsil edən “Aso-oke” adlı ənənəvi nişan geyimləri var. Beləliklə, bəy və gəlin eyni rəngli libas geyinməlidirlər. Gəlinin “iro” və “buba” (üst sarğı), bəyin isə şalvar, ağbada və papaqdan (fila) ibarət gözəl dizayna malik geyimləri olur”.  

Onun dediklərinə görə, qəbiləni digərlərindən fərqləndirən “Ìdobálè” adlı salamlaşma adəti olduqca maraqlı və qeyri-adidir. Belə ki, adətə görə, bəy başda olmaqla, onun dostları hörmət əlaməti olaraq, bədənlərini bütünlüklə yerə qoyub (sinə tamamilə yerə toxunmalıdır) gəlnin ailə üzvləri qarşısında səcdə edirlər. 

Wedding Season: A glance at Yoruba weddings

“Bu hərəkətlə, onlar gəlinin ailəsinə qarşı hörmət və ehtiramını bildirirlər. Bəy tərəfi xeyir-dua aldıqdan sonra isə, çarşablı gəlin gözəl oynaq addımlarıyla, rəfiqələri ilə birlikdə bəyin ailə üzvləri qarşısında diz çökərək, böyüklərin xeyir-duasını alır. Son olaraq isə, gəlin bəyin başındakı papağı fırladaraq, rəqs edir. Bu onun bəyə qarşı olan sevgi və razılığının simvoludur.

Bu möhtəşəm mərasimdən 1-2 həftə, hətta aylar sonra toy mərasimi başlayır. Toy mərasimi qəbilələrin inancına görə ya məsciddə, ya da kilsədə keçirilir. Lakin indiki gənclər toylarını dini yerlərdə yox, daha çox mərasim zallarında keçirməyə üstünlük verirlər”.

Nigeriyalı dostumuz vətəninin digər ölkələrdən fərqləndirən bir cəhəti də bizlərlə bölüşüb. Con deyir ki, onlarda nişan xonçaları nişanda yox, məhz toy mərasimində qız evinə gətirilir. 

Gəlin, bu siyahı ilə daha yaxından tanış olaq: 

42 ədəd böyük budaqlı zəncəfil, 42 ədəd iri paxla, 42 ədəd acı püstə, 42 qurudulmuş balıq hissələri, 42 baş acı aliqator istiotu, 2 şüşə bal, 2 cüt ayaqqabı və çanta, 2 ədəd şarf, 1 ədəd qol saatı, İncil və ya Quran (gəlinin dinindən asılı olaraq), 1 ədəd nişan üzüyü, 1 ədəd böyük çamadan, 1 ədəd ənənəvi panko geyim, 1 böyük qabda halva (qarğıdalı unu, palma yağı və ədəvadan hazırlanan ləzzətli çərəz), 1 çuval duz, 1 kisə şəkər tozu və 1 ədəd çətir.

Toy mərasimi...

Təntənəli nişan mərasimindən günlər sonra cütlüklərin toy mərasiminə keçid olur. Conun sözlərinə görə, toy mərasimi Avropa toylarından heç də seçilmir. Gəlin ağ gəlinlikdə, bəy bəylik kostyumunda...sadə, 1000 nəfərdən ibarət qonaq və 2 tamadadan ibarət toy şənliyi. 

 “Bizdə toylarda tamadaların rolu böyükdür. Onlar həm nişanı, həm də toyu idarə edən əsas şəxslərdir. Hətta, bəyin yazdığı məktubu da tamada çatdırır. Məktub məclisdə gəlinin ailəsinin ən gənc üzvü tərəfindən ucadan oxunur. Gəlin tərəfdən razılıq alındıqdan sonra tamada bəyin aldığı hədiyyəni gəlinə çatdırır. Yəni, bir sözlə tamadasız Nigeriya toylarını təsəvvür etmək mümkün deyil”. 

Nigeriya qəbilələrinə görə, kişinin nikahdan əvvəl gəlinin ailəsi üçün razılaşdırılmış əşyalar dəstini təmin etməsi vacibdir.

“Bu, Yorubada "eru iyawo" və ya sadəcə gəlinə qoyulan dəyərin göstəricisidir. Bu, qadının satıldığını göstərmir, əksinə, kişinin ona və yeni ailəsinə maddi baxımdan baxmağa qadir olduğunu sübut etmək üçün simvolik bir jestdir.

Adət hal olaraq, “akara oyinbo” kimi adlanan tortun kəsilməsi ilə toy mərasimi başa çatır. Bu tort kəsimi zəngin və şirinliyinə görə ailənin xoşbəxtlik simvolu sayılır.

Rəna Mürşüd


İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

İlham Əliyevdən Ulu Öndərin anadan olmasının ildönümü ilə bağlı paylaşım – FOTO
09:14 10.05.2024
Ceyhun Bayramov Qazaxıstana yola düşdü
09:11 10.05.2024
Bu gün Almatıda Azərbaycan və Ermənistanın XİN başçıları GÖRÜŞƏCƏK
09:00 10.05.2024
Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Hamısı