ABŞ-da qadın lotoreyadan 10 milyon dollar qazandı.
Ednews xəbər verir ki, sözügedən hadisə Los Ancelesdə yerləşən supermarketdə baş verib. Edvards adlı qadın həmin supermarketdə olan və lotoreya bileti satılan aparata (elektron cihaz) bilet almaq üçün 40 dolar daxil edib.
Bu zaman naməlum bir şəxs qəfil qadınla toqquşub və o, ödədiyi məbləğ əvəzinə 30 dollarlıq bilet alımı düyməsini sıxıb.
Edvards müsahibələrinin birində hadisənin təfərrüatlarını bölüşüb:
"Həmin şəxs mənimlə toqquşduqdan sonar üzr istəmədən yoluna davam etdi. Doğrusu, bu hadisə məni çox qəzəbləndirdi, çünki mən adətən ucuz biletlər almağa üstünlük verirəm. Ödədiyim 40 dollara isə bir neçə bilet almağı planlaşdırırdım. Ancaq əlim yanlış düyməyə dəydiyindən və bir bilet üçün 30 dollar ödəməli oldum. Əsəbi halda maşınıma mindim və 30 dollara aldığım “ 200X Scratchers" adlı bileti cızmağa başladım”.
Avtomobilindəcə 10 milyon dollar qazanan qadın əvvəlcə buna inanmadığını dilə gətirib.
“Gözlərimə inana bilmirdim və “405-ci” magistral yolla maşınımı idarə etməyə davam etdim. Biletimdəki kodu skan etdikdən sonra bunun həqiqət olduğu qənaətinə gəldim”.
Sonda milyonçu qadın həmin məbləğlə özünə ev almaq və qeyri-kommersiya təşkilatı yaratmaq istədiyini qeyd edib.
Nəzrin Beydiyeva