Dünyanın ən məşhur 10 rəsm əsəri

Maraqlı 17:11 13.05.2022

Hər il milyardlarla dollar dəyərində sənət əsərləri beynəlxalq hərrac evlərindən keçir, aparıcı muzeylərin hər birinin kolleksiyalarında on minlərlə, hətta yüz minlərlə sənət əsəri nümayiş etdirilir. Ancaq çox azı həqiqi şöhrətə nail olur.

 “CNN Style” son beş il ərzində hansı rəsmlərin dünya üzrə axtarış nəticələrində üst sıralara çıxdığını öyrənmək üçün araşdırma aparıb.

Ednews həmin rəsm əsərlərinin siyahısını təqdim edir:

If you had any doubts about the wild popularity of

1. "Mona Liza"

Təəccüblü deyil ki, dünyanın ən məşhur rəsm əsəri sirli təbəssümü olan o qadındır.

Rəsmdəki qadının florensiyalı tacir Françesko del Cakondonun həyat yoldaşı Liza Gerardini olduğu güman edilir, lakin ekspertlər bundan əmin deyillər. Əsər sənətdə bir yeniliyi təmsil edir – Luvrun məlumatına görə, bu rəsm bir portretdə oturan şəxsə bu qədər yaxından diqqət yetirən ən erkən tanınmış İtalyan portretidir.

Əsər 1503-1519 illər arasında italyan renessans rəssamı Leonardo da Vinçi tərəfindən çəkilib. Hazırda Parisdəki Luvr Muzeyində saxlanılır.

<img alt="Visitors take photos of " the="" last="" supper"="" ("il="" cenacolo="" or="" l'ultima="" cena")="" at="" convent="" of="" santa="" maria="" delle="" grazie="" in="" milan,="" italy."="" data-cke-saved-src="https://dynaimage.cdn.cnn.com/cnn/q_auto,w_727,c_fit/http%3A%2F%2Fcdn.cnn.com%2Fcnnnext%2Fdam%2Fassets%2F191029114347-02-most-famous-paintings-last-supper.jpg" src="https://dynaimage.cdn.cnn.com/cnn/q_auto,w_727,c_fit/http%3A%2F%2Fcdn.cnn.com%2Fcnnnext%2Fdam%2Fassets%2F191029114347-02-most-famous-paintings-last-supper.jpg" style="height: 336px; width: 500px;">

2. "Sonuncu şam yeməyi"

Əsl "Renessans Adamı" olan Leonardo bu siyahıda iki dəfə yer alan yeganə rəssamdır. Leonardo da Vinçinin 1495-1498 illərdə çəkdiyi əsər İtaliyanın Milan şəhərində yerləşən Santa Mariya della Qrasiya kilsəsində yerləşir.

Dini təsvirlərin bədii mövzu olaraq hələ də üstünlük təşkil etdiyi bir dövrdə çəkilmiş "Sonuncu şam yeməyi" İsanın çarmıxa çəkilməzdən əvvəl həvariləri ilə sonuncu dəfə çörək kəsməsini təsvir edir.

Rəsm əslində nəhəng bir freskadır -- hündürlüyü 4,6, eni isə 8,8 metr olan əsər yaddaqalan görüntü yaradır.

Tourists look at

3. "Ulduzlu Gecə"

1889-cu holland rəssam Vinsent van Qoq tərəfindən çəkilən rəsm Nyu Yorkun Müasir İncəsənət Muzeyində sərgilənir.

Van Qoq "Ulduzlu gecə" əsərini çəkərkən Fransanın Sen-Remi şəhərindəki sığınacaqda ruhi xəstəlikdən müalicə alırdı. O, otağının pəncərəsindən gördüyü mənzərədən ilhamlanmışdı. Rəsmin mükəmməl mavi və sarı rəngləri və xəyalpərəst, fırlanan atmosferi onilliklər ərzində sənətsevərlərin marağına səbəb olub.

4. "Qışqırıq"

Britaniya Muzeyinin araşdırmasına görə, “Qışqırıq” tək bir sənət əsəri deyil. O, iki rəsm, iki pastel və qeyri-müəyyən sayda çapdan ibarətdir. Rəsmlər Milli Muzeydə və Munk Muzeyində saxlanılır və 2012-ci ildə pastellərdən biri hərracda təxminən 120 milyon dollara satılıb. “Qışqırıq” norveçli rəssam Edvark Munk tərəfindən 1893-cü ildə çəkilib.

View of Pablo Picasso's

5. "Gernika"

1937-ci ildə ispan rəssam Pablo Pikasso tərəfindən çəkilən əsər İspaniya vətəndaş müharibəsi zamanı Almaniyanın Basklar ölkəsi regionundaki Gernika şəhərinin havadan bombalamasını təsvir edir.

Rəsm əsl Pikasso üslubuna malikdir və müharibənin dəhşətlərini təsviri onu 20-ci əsr mədəniyyətinin və tarixinin vacib hissəsinə çevirib. Əsər Madriddə Kraliça Sofiya Milli Muzeyində saxlanılır.

Visitors admire

6. "Öpüş"

Bu sənət əsəri 1907-1908-ci illərdə avstriyalı simvolist rəssam Qustav Klimt tərəfindən çəkilib. Vyanadaki Belveder muzeyində sərgilənir.

Klimtin "Qızıl Dövr" əsərindən Bizans bədii təsirləri ehtiraslı cütlüyün geydiyi yüksək dekorativ paltarlarda görünür.

 Muzeyin bildirdiyinə görə, "Öpüş"də Klimt "insan varlığının mərkəzində məhəbbət olması haqqında ümumi alleqorik bəyanat" verir.

A journalist takes a photo of Johannes Vermeer's

7. "Mirvari sırğalı qız"

 Holland rəssamı Yan Vermeerin 1665-ci ildə çəkdiyi ən məşhur əsəridir. Tablo hal-hazırda Hollandiyadaki “Mauritshuis” rəsm qalereyasında saxlanılır.

Bu maraqlı favorit tez-tez "Mona Liza" ilə müqayisə edilir. Stilistik fərqlərə əlavə olaraq, "Mirvari Sırğalı Qız" əslində heç portret deyil, "tronie" (holland dilində şişirdilmiş xüsusiyyətləri olan xəyali fiqurun rəsmi deməkdir) sayılır.

Kətan üzərində yağlı boya öz sadəliyi ilə parıldayır. Rəsmdə qız göy və qızılı çalma və böyük ölçülü mirvari sırğa taxıb və o arxasındaki qaranlıq fonda diqqət mərkəzindədir.

A journalist examines

8. “Veneranın doğulması”

Əsərə florensiyalı boyakar Sandro Bottiçelli təxminən 1485-ci ildə can verib. Rəsm İtaliyanın Florensiya şəhərindəki Uffitsi qalereyasında saxlanılır.

"Veneranın doğulması" çox güman ki, əsrlər boyu Florensiya və yaxın ərazilərə hökmranlıq edən varlı və sənəti sevən Medici ailəsinin üzvü tərəfindən sifariş edilib.

Klassik Yunan mədəniyyəti ilə Erkən İntibah üslubunu birləşdirən Bottiçelli böyük bir tarak qabığından çıxan sevgi ilahəsinin unudulmaz bir fiqurunu yaradıb.

 

Diego Velazquez's

 9. “Meninlər”

“Meninlər” 1656-ci ildə İspaniyalı rəssam Dieqo Velazkes tərəfindən çəkilib. Əsər Madriddəki Prado muzeyində saxlanılır.

"Meninlər" təkcə Dieqo Velazkesin ən məşhur tablosu deyil, həm də onun ən böyük rəsmlərindən biridir. Əsərin mürəkkəbliyi əsrlər boyu sənətşünasları və ictimaiyyəti valeh edib.

Rəsm portret kimi ikiqat vəzifə yerinə yetirir. Bu, həm ispan kral ailəsinin qrup portreti, həm də Velazkesin iş başındaki avtoportretidir (solda).

 

On the ceiling of the Sistine Chapel at The Vatican, the

10. "Adəmin yaradılması"

Əsərin müəllifi florensiyalı heykəltəraş və boyakar Mikelancelodur. Əsər 1508-1512-ci illər arasında boyanıb.

Tanınmış rəssam Mikelancelonun bu ən məşhur əsəri Sistin kapellasının tavanının bir hissəsini əhatə edir – ona baxmaq üçün yuxarı boylanmaq lazımdır. Səhnədə Tanrı və Adəm əllərini uzadıb, barmaqları az qala bir-birinə toxunmuş halda təsvir edilib. Bu, tarixdə ən çox təkrarlanan şəkillərdən biridir.

Adəmin əzələ forması Mikelancelonun digər bir əsərinə işarə edir – onun "David" heykəli bəlkə də dünyanın ən məşhur heykəlidir.

 

Mirvari Əzizova

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Avstraliyada kişi son dərəcə nadir virusdan öldü
00:46 05.07.2025
UEFA Çelsini cərimələdi
00:31 05.07.2025
Xeops piramidasını kimlərin tikdiyi məlum oldu - Piramidaları qullar tikməyib
00:16 05.07.2025
Bu gün Aşuradır
00:01 05.07.2025
CAR-da güclü partlayış qeydə alınıb
23:36 04.07.2025
ABŞ-də daşqınlar nəticəsində 13 nəfər ölüb
23:01 04.07.2025
"İran-İsrail münaqişəsi təkrarlanmamalıdır"
22:31 04.07.2025
Ruzanna Məmmədova Avropa çempionu olub
22:16 04.07.2025
Azərbaycanın iki sərbəst güləşçisi Avropa çempionatının finalına yüksəlib
22:11 04.07.2025
Ruanda Demokratik Konqoya inanmır
21:58 04.07.2025
İran İsrailin Vetsman xərçəng tədqiqat laboratoriyasını məhv edib
21:33 04.07.2025
Türkiyədə meşə yanğınları ilə bağlı 44 şübhəli saxlanılıb
21:09 04.07.2025
"Pakistanla Azərbaycan arasında ticarət və investisiyaları inkişaf etdirmək barədə razılığa gəldik"
20:44 04.07.2025
"Rusiya sülhə hazır deyil"
20:29 04.07.2025
"Biliklərin qiymətləndirilməsi olduqca mürəkkəb sahədir"
20:05 04.07.2025
İrəvanda Samvel Karapetyana dəstək aksiyası başlayıb
19:53 04.07.2025
Mertz Trampla Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə edib
19:38 04.07.2025
Tramp Makron və Meloni ilə telefonla danışıb
19:18 04.07.2025
"Müharibə İranın nüvə problemini həll etməyəcək"
19:03 04.07.2025
Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:48 04.07.2025
İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşdü
18:32 04.07.2025
Şəmkirdə 3 uşaq çayda batıb
18:17 04.07.2025
Qazaxıstan Xankəndidə Təmiz Enerji Mərkəzinin Nizamnaməsini imzalayıb
18:02 04.07.2025
Zelenski və Tramp arasında telefon danışığı olub
17:47 04.07.2025
Ərdoğan və Pezeşkian Xankəndidə görüşdülər
17:32 04.07.2025
Ərdoğan Xankəndidə Şahbaz Şəriflə görüşüb
17:26 04.07.2025
“Azərbaycanla Özbəkistan parlamentlərarası formatda da əməkdaşlığın yeni səhifəsini açdı”
17:10 04.07.2025
ESCAP-ın 82-ci sessiyası Bakıda keçiriləcək
16:56 04.07.2025
Sabiq rəis elektron qolbaqda gəzəcək
16:41 04.07.2025
Pakistanda yaşayış binası uçub
16:31 04.07.2025
Havay adalarının yerli icması ABŞ hərbi bazasını istəmir
16:16 04.07.2025
İnformasiya agentliklərinə dair yeni tələblər təsdiqləndi
16:01 04.07.2025
BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
15:45 04.07.2025
Məşhur Hollivud aktyoru vəfat etdi
15:30 04.07.2025
"Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub"
15:21 04.07.2025
Romada partlayış baş verib
15:15 04.07.2025
"İqlim dəyişikliyi bütün dünya ölkələri üçün təhlükə yaradır"
15:05 04.07.2025
“Bir millət – çox dövlət: Türk Dünyası nə istəyir? -Analitik Baxış
15:01 04.07.2025
“Gözəgörünməz düşmən ilə mübarizəmiz hələ də davam edir” - BAMF rəsmisi
14:59 04.07.2025
Bu şəxslər Azərbaycanı tərk etməlidirlər
14:45 04.07.2025
Hamısı